İrəvanda şok qətllər: Sərkisyan şahidləri aradan götürdü

0
582

Ermənistan hökuməti 27 oktyabr 1999-cu ildə baş verən parlament teraktının bütün üzvlərindən canını qurtarır.

Arazinfo.com Axar.az-a  istinadən xəbər verir ki, bu iddia ilə Ermənistanın mətbuatı çıxış edib. Sayt parlament teraktında iştirak edən şəxslərin ölüm səbəbləri ilə bağlı qısa araşdırma aparıb. Araşdırmaya səbəb bir müddət öncə teraktın iştirakçılarından olan Edvard Qriqoryanın naməlum şəkildə ürək çatışmazlığından ölməsi olub.

“Qriqoryanın ölümü naməlum ölümlərdən nə birincisi, nə də sonuncusudur. Belə ki, teraktın digər iştirakçısı Norayr Yeqiazaryan 2000-ci ildə Nubaraşen həbsxanasındakı kamerasında ölüb. Rəsmi versiyaya əsasən onun ölümünə cərəyan vurması səbəb olub. Teraktın təşkilatçısı Nairi Unanyanın əmisi və bandanın üzvü olan Vram Qalstyanın isə mütəmadi olaraq sui-qəsdə məcbur edildiyi haqqında iddialar səsləndirib. Nəhayət, 2004-cü ildə öz kamerasında intihar edərək həyatına son qoyub.

Qalstyanın ölümündən bir neçə gün sonra isə teraktla əlaqədar həbs edilən, amma sonra azadlığa buraxılan millət vəkili Muşeq Movsisyan (hakim Respublika Partiyasından olan deputat Arakel Movsisyanın qardaşı – red.) Aparan-İrəvan dəmiryolunda yol qəzasına düşərək ölür. 2004-cü ildə daha bir qəza ABŞ-da baş verir. Bu dəfəki qəzada parlamentin keçmiş tibb bacısı olan və teraktda şahid kimi dindirilən Roza Ovannisyan ölür. Yenə eyni ildə parlamentin binasında parlamentin pasport şöbəsinin əməkdaşı Asmik Abramyan özünü asır. Abramyan da Ovanisyan kimi teraktda əsas şahidlərdən sayılır.

2010-cu ilin mayında yenidən Nubaraşen həbsxanasında daha bir ölüm halı qeydə alınır. Teraktı törədənlərdən və 14 il həbs cəzasına məhkum olunan Hamlet Stepanyanın cəsədi öz yatağında aşkarlanır. Maraqlı məqam isə onun cəmi 2 il sonra azadlığa çıxacağı idi.

2014-cü ildə teraktın daha bir əsas şahidi ABŞ-da naməlum şəkildə ölür. Bu şəxsin Nairi Unanyanın keçmiş dostu, Ermənistan dövlət televiziyasının keçmiş müxbiri Tiqran Nəzəryan olduğu bildirilir. İddialara görə, məhz Nazaryan 27 oktyabrdan əvvəl və sonra Unanyanla əlaqədə olub, eləcə də o, teraktdan sonrakı Köçəryan-Unanyan görüşündə iştirak edib. Bütün ölüm halları göstərir ki, onlarda ya Ermənistan hakimiyyəti, ya da Rusiya xüsusi xidmət orqanlarının əli olub.

Qriqoryanın ölümü 27 oktyabrın 18 illiyindən az öncə teraktla bağlı faktlar söyləyəcəyindən sonra baş verdi. Hələ də bilinmir ki, Qriqoryan hansı faktları açmaq istəyirdi. Əldə olan əsas fakt odur ki, o, heç bir şey deyə bilmədən öldü”, – məqalədə qeyd olunur.

Qeyd edək ki, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terakt törədilib. Terakt nəticəsində spiker Karen Dəmirçiyan, Baş nazir Vazgen Sərkisyan, vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan, deputatlar Mikayıl Kotanyan, Armenak Armenakyan, Henrix Abramyan, nazir Leonard Petrosyan qətlə yetiriliblər. Teraktın həyata keçirilməsinə Daşnaksütyun Partiyasının üzvü Nairi Unanyan rəhbərlik edib. Qriqoryan bu qrupda əsas şəxslərdən biri olub. O, ömürlük həbs cəzasına məhkum edilmişdi.

BIR CAVAB BURAXIN