İrəvan təşviş içində: Bakı və Ankara əməliyyata başlaya bilər

0
549

Azərbaycanın Naxçıvan istiqamətində Günnüt kəndini işğaldan azad etməsi Ermənistanda böyük həyəcana səbəb olub.

Arazinfo.com axar.az-a istinadən xəbər verir ki, erməni ekspertlər artıq indidən İrəvanın ehtiyatlı davranması gərəkdiyini bildiriblər. Günnütün azad edilməsinin Türkiyə-Azərbaycan ittifaqının məhsulu kimi təqdim etməyə çalışan erməni ekspertlər Ermənistan üçün ağır vəziyyətin yarandığını etiraf etməyə başlayıblar.

Ermənistan Demokratik Partiyasının sədri Aram Sərkisyan Ermənistana Naxçıvandan Türkiyə və Azərbaycanın təhdid yaratdığını deyib:

“Qarabağ istiqamətində danışıqlar dalana dirənə bilər. Bu fonda Naxçıvan istiqamətindəki hazırlıqlar narahatlıq yaratmaya bilməz. Erməni diplomatiyasının vəzifəsi xarici tərəfdaşlarla bu istiqamətdə aktiv müzakirələrin aparılmasıdır”.

Sərkisyanla bərabər digər erməni politoloq Yervan Bozoyan da guya Azərbaycanın İrəvana təhdid yaratdığını və bunun üçün beynəlxalq konfrans çağırılması gərəkdiyini deyib:

“Strateji tərəfdaşlarımızla əməkdaşlığımızı aktivləşdirməliyik. Qərbin İrana qarşı sanksiyaları situasiyanı daha da böyük təhlükəyə atır. Mənə elə gəlir ki, Qərbin antiiran addımları Türkiyəyə regionda yaşıl işıq yandıra bilər. Buna heç bir halda izn vermək olmaz”.

Görünür strateji tərəfdaş dedikdən erməni ekspertlər Rusiyanı nəzərdə tutublar. Məxməri inqilabdan sonra Moskvanın guya təsirini zəiflətməyə çalışan Ermənistan rəhbərliyi özünə bağlı olan ekspertlərin vasitəsilə Kremlə yeni siqnallar verməyə başlayıb. Türkiyə və İran sərhədini Moskvaya bəxşiş edən İrəvan indi də Naxçıvanla sərhədi Moskvaya verməyi planlaşdırır.

BIR CAVAB BURAXIN