“İqtidardan uzaqlaşdırılsam da, onları nazir təsdiq etməyəcəm”  

0
588

Moldova prezidenti İqor Dodon bəyan edib ki, boş qalan 6 nazir postuna göstərilən namizədlərin heç birini təsdiq etməyəcək.

Yeni namizədlərlə bağlı Dodon deyib: “Hakimiyyətdən uzaqlaşdırılmasam da, pis nüfuza malik şəxslərin namizədliyini təsdiq etmərəm. Bu, Moldova Demokratik partiyasının böyük səhvidir ki, keçmişdə adı bank firıldaqlarında hallanan şəxslərin namizədliyini nazir postuna irəli sürürlər”.

Qeyd edək ki, ötən gün baş nazir Pavel Filip nazirlərin istefaya göndərilməsi ilə bağlı prezidentə müraciət etmişdi. Qərara əsasən, xarici işlər və avrointeqrasiya naziri Andrey Qalbur, iqtisadiyyat və infrastruktur naziri Oktavian Kalmık, səhiyyə, əmək və sosial müdafiə naziri Stela Qriqoraş, kənd təsərrüfatı, regional inkişaf və ətraf mühit naziri Vasili Bıtka və ədliyyə naziri Vladimir Çebotar istefaya göndərilib. Bundan başqa, baş nazirin müavini Gerogi Balan da istefa verib/Trend.

BIR CAVAB BURAXIN