“İqdırdan Naxçıvana, oradan İrana…”

0
436
 

“Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsindən sonra Ədirnədən qatar vasitəsilə Qarsa, oradan da  Qazaxıstana, Türkmənistana , hətta Çinin şimalına yük daşımaq mümkün olacaq. Bir də buna alternativ olan Qars üzərindən İqdır-Dilucu-Naxçıvan vasitəsilə İrana gedəcək bir xətti yaratmaq istəyirik. Bununla Türkiyə üzərindən şərq istiqamətinə gedən yüklərin İrana, oradan Pakistana, Hindistana, Çinin cənubuna çata biləcəyi bir dəhlizi tamamlamış olacağıq”.

Bunu Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan bildirib. O, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin bir qolu olan Qars-İqdır-Dilucu-Naxçıvan dəmir yolu layihəsinin bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcəyindən danışıb.

İndiyə qədər ölkəsinin şərq hissəsində yetişən bölgəyə məxsus meyvə və tərəvəzlərin xarici bazarlara çatdırılmadığını deyən nazir bildirib ki, bu səbəbdən  yerli istehsal artmır. Nazir həmin məhsulların dəmir yolu vasitəsilə xarici bazarlara çıxarıla biləcəyini vurğulayıb. O, həmçinin qeyd edib ki, bu gələcəkdə istehsalı da artıra bilər.

O, qeyd edib ki, bu layihə ilə Avropadan gələn yükləri Türkiyə üzərindən Orta şərqə qədər daşımaq mümkün olacaq. Ə. Arslan həmçinin planlanan Qars-İqdır-Dilucu-Naxçıvan dəmir yolu xəttində yalnız Türkiyənin deyil, İran və Azərbaycanın da tərəf olduğunu bildirib.

 

“Biz bu layihənin üzərində çalışarkən Azərbaycan və Naxçıvan ilə çox sıx əlaqədə olduq. Eyni zamanda İran ilə birlikdə danışıqlar aparmışıq. Artıq müəyyən bir mərhələyə gəlib çatmışıq. Təbii beynəlxalq layihələr, Bakı-Tbilisi-Qars təcrübələrimiz göstərdi ki yalnız bir ölkənin hazır olması yetərli deyil. Burada digər ölkələrin də hazır olması lazımdır”, – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, tərəflərin razılaşmasının ardından dəmiryolunun inşasına başlanacaq.

“Bakı-Tbilsi-Qars Dəmiryolu layihəsində Azərbaycan və Gürcüstan ilə razılaşdıq, üç ölkə olaraq yol aldıq. İndi eyni şəkildə bu dəhlizi da başa çatdırmaq üçün İran və Azərbaycan ilə görüşlərimizi davam etdiririk. Hər iki tərəf də hazır olduğu, “başlaya bilərik” dediyi vaxtda başlayacağıq. Hazırda başlanma vaxtı ilə bağlı danışıqlar aparırıq. İştirakçı olan bütün ölkələr Qars-İqdır-Dilucu-Naxçıvan-İran dəhlizinin əhəmiyyətinin fərqindədirlər. Yalnız zamanla  əlaqədar danışıqlarımız və işlərimiz davam edir”, – deyə Ə. Arslan bildirib.Virtualaz.org

G. Əliyeva

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × three =