iPhone 7-nin qiyməti məlum oldu

0
327

Maraqla gözlənilən, iPhone 7 rəsmi olaraq ictimaiyyətə təqdim olundu.

iPhone 7 fərqli dizaynı ilə yayılan sızıntılardan sonra belə bizi təəccübləndirə bildi. iPhone 7, standart rənglərdən əlavə olaraq, Jet Black adlı fərqli bir rəng ilə gəlir və Paslanmaz poladdan olan “Apple” logosu diqqətləri cəlb edir. Və hərkəsin gözlədiyi xüsusiyyət “Suya davamlılıq”, iPhone 7 və iPhone 7 Plus modellərinə əlavə edilən əsas xüsusiyyətlərdən biridir. iPhone 7 modelində Home düyməsi yenidən dizayn edilib və dizaynda iPod-dan ilham alınıb.

iPhone 7 və iPhone 7 Plus qiymətləri (32 GB):

iPhone 7 – 649 dollar

iPhone 7 Plus – 749 dollar

iPhone 7 Plus-un iki arxa kameraya sahib olacağı sızıntıları doğru çıxdı. iPhone 7 kamerasının çox daha güclü olacağını bildirmişdik və bu xəbərimiz təqdimat mərasimində Tim Kuk-un dilindən doğrulandı. iPhone 7 kamerası 60 FPS, 4K Keyfiyyət ilə bizlərə təqdim edildi. Yeni modellərdə kamera ilə çəkilən şəkillər 50% daha parlaq olacaq və fokuslanma çox daha stabil olacaqdır. Ön kamerası 7 MP olacaq iPhone 7-nin arxa kamerası 12 MP-dir.

Retina Ekrana sahib olacaq hər iki modeldə daxili səs gücləndiricilər Stereo olacaq və daha yüksək səs keyfiyyətinə malik olacaqdır. Əvvəlcədən sizlərə çatdırdığımız kimi iPhone 7 və 7 Plus modellərində qulaqcıq girişi olmayacaq. Qulaqlıq girişi olmayan smartfona lightning girişli və ya uzaqdan qoşula bilən (Bluetooth) qulaqlıqlardan istifadə etməlisiniz. Təqdimat mərasimində iPhone 7-yə özəl hazırlanmış, lakin digər “Apple” məhsullarında da istifadə oluna bilən Bluetooth qulaqlıq da təqdim edildi.

iPhone 7-nin batareya ömrü iPhone 6-dan 1 saat daha uzun olacağı iddia edilir. (technote.az)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × five =