İngiltərədən çətin qələbə

0
542

Rusiyada keçirilən İngiltərə-Tunis oyunu azarkeşlərin diqqət mərkəzində olub.

Arazinfo.com  saytının verdiyi xəbərər görə. oyun ingilislərin sürətli hücumları ilə başlayıb. Onlar oyunun ilk 10 dəqiqəsində  tunislilərin qapısı ağzında azə 8-9 dəfə qol vəziyyətləri yaradıblar. Ancaq Tunis komandasının qapıçısının əla oyun nümayiş etdirməsi ingilislərə hesabı açmağa imkan verməyib. Bununla belə oyunun 11-ci dəqiqəsində Mue Assen qapıya başla endirilən zərbəni əla reaksiya nümayiş etdirərk geri qaytarsa da Harri Keyn təkrar zərbə ilə topu qapıdan keçirərək hesabı açıb. Mue Assen zədələndiyindən onu qapıda Faruk Ben Mustafa əvəz edib. Bundan sonra tədricən özünə gələn Tunis oyunçuları əks-hücumlar təşkil etməyə cəhd ediblər. Belə əks-hücumlardan birində qapı ağzında tunisli oyunçuya qarşı kobud oyuna görə hakim tərərddüd etmədən ingilislərin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Fercani  Sassi cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. İngilislər birinci hisssədə daha bir neçə dəfə rəqib qapısı ağzında təhlükəli vəziyyət yaratsalar da bundan yararlana bilməyiblər. Birinci hissə bu hesabla başa çatıb. İkinci hissə tunislilərin hücumları ilə başlayıb. Lakin sonra ingilislər yenidən üstünlüyü ələ alaraq rəqibi qapı ağzına sıxışdırıblar. Tunislilər müdafiədə  səhvsiz oynayıblar. Bununla belə oyuna əlavə edilən əlavə vaxtın ilk dəqiqəsində Harri Keyn dubl edərək komandasını yenidən hesabda irəli çıxarıb. Beləliklə ingilislər 2:1 hesabı ilə tunislilər üzərində çətin qələbə qazanıblar. Amma bütün hallarda Tunis komandasının oyunu təqdirə layiq hesab edilə bilər.

G qrupu

Tunis – İngiltərə – 1:2 (İkinci hissə)

Qollar: Fercani Sassi, 35 (pen.) – Harri Keyn, 11, 90+1

Sarı vərəqə: Kayl Uolker, 33

Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika)

Volqoqrad. “Volqoqrad Arena”

Tunis: 22. Mue Assen (1. Faruk Ben-Mustafa, 16), 2. Siam Ben-Yussef, 4. Yassin Meriya, 8. Fəxrəddin Ben-Yussef, 9. Anis Badri, 10. Vaxbi Xazri (k) (19. Saber Xalifa, 85), 11. Dilan Bronn, 12. Ali Maalul, 13. Fercani Sassi, 17. Elye Skiri, 23. Naim Sliti (14. Məhəmməd Ben-Amor, 74)

Ehtiyat oyunçular: 16. Aymen Matluti, 3. Yoan Benaluan, 5. Ussama Haddadi, 6. Rami Bedui, 7. Saif-Ədin Haui, 15. Əhməd Xəlil, 18. Bassem Srarfi, 20. Qilan Şalali, 21. Həmdi Naqqez

Baş məşqçi: Nabil Malul

İngiltərə: 1. Yordan Pikford, 2. Kayl Uolker, 5. Con Stounz, 6. Harri Maquir, 7. Yesse Linqard, 8. Cordan Henderson, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq (19. Markus Reşford, 68), 12. Kiran Trippier, 18. Eşli Yanq, 20. Dele Alli (Ruben Loftus-Çeyk, 80)

Ehtiyat oyunçular: 13. Cek Butland, 23. Nik Pope, 3. Denni Rouz, 4. Erik Dayer, 11. Ceymi Vardi, 14. Denni Uelbek, 15. Qari Keyhill, 16. Fil Cons, 17. Fabian Delf, 21. Ruben Loftus-Çeyk, 22. Trent Aleksandr-Arnold

Baş məşqçi: Qaret Sautqeyt

 

Belçika – Panama – 3:0

Qollar: Dris Mertens, 47; Romelu Lukaku, 69, 75

Sarı vərəqələr: Tomas Meunier, 14; Yan Vertongen, 59; Kevin De Bruyne, 88 – Erik Deyvis, 18; Edqar Barsenas, 45+2; Armando Kuper, 49; Mikael Murilyo, 51; Anibal Qodoy, 57

Hakimlər: Canni Sikazu (Zambiya), Jerson dos Santos (Anqola), Zaxele Sivela (CAR), Ryudzi Sato (Yaponiya)

Soçi. “Fişt” stadionu

Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 5. Yan Vertongen, 6. Aksel Vitsel (22. Naser Şadli, 90), 7. Kevin De Bruyne, 9. Romelu Lukaku, 10. Eden Azar (k), 11. Yannik Karrasko (19. Mussa Dembele, 74), 14. Dris Mertens (16. Torqan Azar, 83), 15. Tomas Meunier, 20. Dedrik Boyata

Ehtiyat oyunçular: 12. Simon Minyole, 13. Koen Kastels, 8. Maruan Fellaini, 17. Turi Tilemans, 18. Adnan Yanuzay, 21. Mişi Batşuayi, 23. Leander Dendonker, 3. Tomas Vermalen (zədəli), 4. Vensan Kompani (zədəli)

Baş məşqçi: Roberto Martines

Panama: 1. Ceymi Penedo, 2. Mikael Murilyo, 4. Fidel Eskobar, 5. Roman Torres (k), 6. Qabriel Qomes, 7. Blas Peres (18. Luis Teyada, 73), 8. Edqar Barsenas (9. Qabriel Torres, 63), 11. Armando Kuper, 15. Erik Deyvis, 20. Anibal Qodoy, 21. Xose Luis Rodriges (10. İsmael Diaz, 63)

Ehtiyat oyunçular: 12. Xose Kalderon, 22. Aleks Rodriges, 3. Harold Kumminqs, 13. Adolfo Maçado, 14. Valentin Pimentel, 16. Abdel Arroyo, 17. Luis Ovalye, 19. Rikardo Avila, 23. Felipe Baloy

Baş məşqçi: Ernan Qomes

 

F qrupu

İsveç – Cənubi Koreya – 1:0

Qol: Qrankvist, 65 (pen.)

Sarı vərəqələr: Viktot Klasson – Kim Sin Uk, Hvan Hi Çan

Hakimlər: Xoel Aqilar, Xuan Zumba (hər ikisi Salvador), Xuan Karlos Mora (Kosta-Rika), Norbert Xauata (Taiti)

Nijni Novqorod. Şəhər stadionu

İsveç:  1. Robin Olsen, 2. Mikael Lustiq, 4. Andreas Qrankvist (k.), 6. Lüdviq Auqustinsson, 18. Pontus Yansson, 7. Sebastyan Larsson (13. Qustav Svensson, 81), 8. Albin Ekdal (15. Oskar Hilyemark, 71), 10. Emil Forsberq, 17. Viktot Klasson, 9. Markus Berq, 20. Ula Toyvonen (22. İsaak Kise Telin, 77)

Ehtiyat oyunçular: 12. Karl-Yohan Yonsson, 23. Kristoffer Nordfeldt, 11. Yon Qvidetti, 21. Cimmi Durmaz, 22. İsaak Kise Telin, 16. Emil Kraft, 5. Martin Olsson, 19. Markus Roden, 13. Qustav Svensson, 15. Oskar Hilyemark, 14. Filip Helander

Baş məşqçi: Yan Andersson

Cənubi Koreya: 23. Ço Hyun U, 2. Li Yen, 6. Pak Çu Ho (12. Kim Min U, 28), 19. Kim Yen Qvon, 20. Çan Hen Su, 13. Ku Ca Çxol (10. Li Sın U, 73), 16. Ki Son Yön (k.), 17. Li Ce Son, 7. Son Hın Min, 9. Kim Sin Uk (15. Çon U Yon, 66), 11. Hvan Hi Çan

Ehtiyat oyunçular: 1. Kim Sın Qyu, 21. Kim Çjin Hen, 3. Çon Sın Hen, 4. O Ban Suk, 5. Yunq Sun Yun, 8. Çu Se Çon, 10. Li Sın U, 12. Kim Min U, 14. Hon Çxol, 15. Çon U Yon, 18. Mun Son Min, 22. Ko Yo Han.

Baş məşqçi: Sin Txe Yön

Əziz Mustafa

BIR CAVAB BURAXIN