İngiltərə polisi azəbaycanlı iş adamının mağazasını bağladı

0
528
İngiltərənin Brayton şəhərində azərbaycanlı Heydər Paşazadəyə məxsus şərab və ərzaq mağazasının lisenziyası geri alınıb. Virtualaz.org İngiltərə KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb mağazada sistemli şəkildə saxta alkaqollu içkilərin satılması və “kriminal fəaliyyətlərə” adının qarışmasıdır. (http://www.brightonandhovenews.org/2017/12/08/criminal-brighton-offy-stripped-of-its-licence/)
“İnternational Food Wine Beer” adlı mağaza barədə polisə və ticarət Departamentində yerli sakinlər tərəfindən şikayətlər hələ bir neçə ay əvvəldən daxil olmuşdu. Belə şikayətlərdən birinə əsasən mağazada saxta “Hennesy” konyakı satılıb. Habelə yerli sakinlər yaşayış rayonunda akaqollu içkilər satılan mağazanın gecə saat 3-ə qədər işlədiyini, nəticədə mağazadan içki alıb içən sərxoşların gecə saatlarında sakinləri narahat etdiyi, bu ərazidə tez-tez kriminal hadisələr baş verdiyi haqda şikayətlənirdilər.
Bu şikayətlərlə bağlı polis və ticarət rəsmiləri mağazanın sahibi Heydər Paşazadəni axtarıblar. Lakin ona dəfələrlə mesaj göndərilsə də Paşazadə təmaslardan yaynıb. İşçiləri isə onun gah Türkiyəyə toya getdiyini, gah Azərbaycanda ezamiyyətdə olduğunu deyiblər. Nəhayət Paşazadə polislə əlaqə saxlayıb, onlara deyib ki, guya xəbərdarlıq mesajlarını almayıb və məsələdən xəbəri yox idi.
Bu mağaza əvvəllər Doğan Bilgic adlı türkə məxsus olub. Həmin vaxtlar da mağaza alkaqollu içkilərin  və ərzağın satışına dair lisenziyanın şərtlərini dəfələrlə pozub. Bu ilin iyul ayında mağazada növbəti dəfə pozuntular aşkarlananda polis Bilgiclə əlaqə saxlayıb. Ancaq o bildirib ki, biznesini ötən il satıb. Mağazanın meneceri Mustafa Dönmez həmin ay Heydər Paşazadənin adına yenidən lisenziya alınması üçün sənədləri təqdim edib.
Sakinlərin şikayətlərinin davam etməsi ilə bağlı polis Paşazadəni və Dönməzi axtarıb. Avqust ayında Londondan olan şef-aşbaz Müslim adlı Dönməz polisə bildirib ki, mağazanın faktiki sahibi odur və bu biznesə 175 min funt sterlinq yatırıb. Paşazadə və Mustafa Dönməz  isə onun dostudur, mağazanı onlara işlətməyə verib. Mustafa Dönməz isə polisə məlumat verib ki, Paşazadə Türkiyəyə toya gedib və onu axtaran polis zabitinin telefonuna məsələ ilə bağlı səsli mesaj göndərib. Lakin polis zabiti belə mesaj almadığını bildirib.
Nəhayət ötən həftə şəhər bələdiyyə şurasının lisenziyalar qrupu mağazanın məsələsinə baxıb və Paşazadənin iştirakı olmadan qərar çıxarıb. Qərara əsasən mağazanın lisenziyası geri alınıb.
Lisenziyalaşdırma üzr qrupun rəhbərinin müavini Adrian Morris bildirib ki, o, hələ bu cür kobud qanun pozuntuları ilə rastlaşmamışdı. “Mən nəinki saxta alkaqollu içkilərin satışı barədə məlumatlardan şoka düşmüşəm, eyni zamanda mağazada baş verən saxtakarlıq və cinayətkar fəaliyyətlə bağlı heyrətə gəlmişəm. Öz karyeram boyu mən hələ belə halla qarşılaşmamışdım”-o deyib.
Bildirilir ki, mağazanın lisenziyanın şərtlərini kobud şəkildə pozaraq yetkinlik yaşına çatmayanlara pivə satdığı, habelə orada xarici ölkələrdən gətirilmiş saxta alkaqollu içkilərin saxlanıldığı, vaxtı keçmiş ərzaq mallarının satıldığı barədə faktlar aşkarlanıb.

BIR CAVAB BURAXIN