“İndi futbolçuları pul idarə edir” – Messi

0
273

“Düşünürəm ki, yenidən Çempionlar Liqasını qazanmağın vaxtı çatıb. Son 3 mövsümdə bu turnirdə yaxşı oynamadıq. Ən zəif çıxışımız isə ötən il oldu”.

Bu sözləri “Barselona”nın hücumçusu Lionel Messi “Mundo Deportivo” nəşrinə açıqlamasında deyib. Argentinalı futbolçu bu mövsüm Avropanın ən güclüsü olmaq istədiklərini bildirib:

“Əla heyətimiz var. Bu mövsüm ÇL-də qalib olmalıyıq. Məncə, komandamızın hazırkı gücü də buna imkan verir”.

Messi son illər dünya futbolunda transferlərə çox pul xərclənməsinə də münasibət bildirib: “Klublar Çempionlar Liqasında qələbə qazanmaq üçün böyük pullar xərcləyirlər. Bu isə tez-tez müasir oyunçuların düşüncəsinə təsir edir. İndi futbolçuları pul idarə edir. Onlar klubun şərəfi üçün mübarizə aparmırlar. Onlar üçün maliyyə komandanın hədəflərinə çatmasından daha vacibdir”.

Qeyd edək ki, Messinin “Barselona” ilə 2021-ci ilə qədər müqaviləsi var. 31 yaşlı futbolçunun, vergi xərclərini çıxmaq şərtilə, illik 50 milyon avro qazandığı iddia olunur. Qol.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seventeen − 11 =