İmişlidə yük maşını qaçırıldı

0
626

İmişlidə yük maşını qaçırılıb.

 

Hadisə  ötən gün  rayonun daş bazarında qeydə  alınıb.

 

Naməlum şəxs və ya şəxslər  tərəfindən mişar daşı ilə yüklənmiş “KAMaz” markalı  avtomaşın oğurlanıb.

 

Səhər saatlarında əraziyə gələn sürücülər avtomobilin oğurlandığından xəbər tutublar. Az sonra sürücülər yük avtomobilini yaxınlıqda olan kolluqda aşkar ediblər. Avtomobildə olan 900 ədəd daşın oğurlandığı məlum olub.

 

Naməlum oğrular digər avtomobilləri qaçırmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Lakin avtomobillərin bir qisminə ziyan vurublar.

 

Faktla bağlı İmişli rayon polis şöbəsində cinayət işi açılıb, tədqiqat aparılır.

APA

BIR CAVAB BURAXIN