Moskva “Spartak”ının keçmiş futbolçusu Artyom Bezrodnı 38 yaşında vəfat edib.
Bu barədə “R-Sport” məlumat yayıb.
İlkin məlumata görə, idmançı səhər qaçışı zamanı ürəktutmasından ölüb.
Artyom Bezrodnı “Spartak”da 55 oyuna 10 qol vurub. O, həmçinin Almaniyanın “Bayer” və İmişlinin “MKT-Araz” klublarının şərəfini qoruyub.
Virtualaz.org xatırladır ki, Bezrodnı “MKT-Araz”da 2005-ci ildə oynayıb və cəmi dörd matçda iştirak edib. Sonra isə birdən-birə çıxıb gedib. O illərdə Bezrodnının spirtli içkiyə aludə olduğu və hətta sərxoş vəziyyətdə İmişli qəbiristanlığında döyüldüyü barədə xəbərlər yayılmışdı.
Futbolçu son illər həyat yoldaşı və oğlu ilə birgə Ukraynanın Sumı şəhərində yaşayıb.