İlqar Məmmədovun azad olunması haqda şayiələr yayıldı

0
591

ReAL hərəkatının lideri İlqar Məmmədovun həbsdən azad olunması haqda xəbər yayılıb. Bu barədə virtualaz.org-un redaksiyasına hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfərova və Dilarə Əliyeva məlumat veriblər.

Ancaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndələri virtualaz.org-a bildiriblər ki, bu informasiya həqiqətə uyğun deyil və İlqar Məmmədov 2 saylı Cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdə davam edir.

Qeyd edək ki, İ.Məmmədovun azad olunması haqda xəbər verən hüquq müdafiəçilərinin məlumatına görə, Avropa Şurasının baş katibi Turbern Yaqland Azərbaycanın Avropa Şurasından çıxarılması prosesinə başlamaq niyyətindədir və məhbusun azad olunmasını tələb edir.

Xatırladaq ki, Ağır Cinayətlər üzrə Şəki Məhkəməsi 17 mart 2013-cü ildə İsmayıllıdakı məlum qarışıqlıqların təşkilinə və orada iştirakına görə 18 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrum edib. ReAl hərəkatının lideri İlqar Məmmədov 7 il həbs cəzası alıb.

Beynəlxalq təşkilatlar, həmçinin ABŞ hökuməti və Avropa Birliyi İ.Məmmədovun azad olmasında təkid edirlər. Müvafiq qərar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən də qəbul edilib.

BIR CAVAB BURAXIN