İlon Mask Marsın qütblərini partladaraq şəhər qurmağa hazırlaşır

0
506
İlon Maskın Marsla bağlı ən böyük arzusu daşa dəyib.

Mask Marsdakı qütb buzlarını dağıdaraq atmosferi daha isti etmək niyyətində idi. Bununla da Mars planeti Yerin analoquna çevrilməli idi. Amma alimlər bildiriblər ki, belə bir şey mümkün deyil.

“Əldə edilən məlumatlardan görünür ki, Marsda kifayət qədər karbon qazı yoxdur. Bu isə planetdə istixana effekti yaradaraq həyat üçün lazım olan istiliyi yaratmağa kömək edə bilərdi. Müasir texnologiyanın köməyi ilə Marsda bu işi görmək olmaz”, – deyə Bryüs Yakoski deyib.

2016-cı ilin sentyabr ayında İlon Mask bəyan etdi ki, Marsı koloniyalaşdırmaq üçün genişmiqyaslı planları var. Bu plan çərçivəsində minlərlə planetlərarası gəmilərdən ibarət donanma və çox ağır raket yaradacaq. Bunun köməyi ilə yüzilliyin sonunda milyonlarla insanı Marsa aparmaq mümkün olacaq.

Plana əsasən, Marsda milyon nəfərlik şəhər qurulmalı idi. Bu şəhər özü-özünü təmin etməli idi. Maskın əsas planı Qırmızı Planeti Yerə bənzətmək, eyni atmosferi yaratmaq idi. Bunun üçün isə nüvə zərbələrinin köməyi ilə Mars qütblərindəki buzlar dağılmalı idi.

Son illər isə alimlər Marsda su ehtiyatı və karbon qazı, oksigen qazının mövcudluğunu aşkar ediblər. Makkey, Karl Saqan və digər alimlər bu barədə məlumatsız idilər. Yakoski və onun həmkarı Kristofer Edvards da Maskın planını yenidən nəzərdən keçirəcəklər.
Edvards Yakoski bildirir ki, bu planın reallaşması üçün Mars səthinin hər kvadrat santimetrinə 2.5 kilo karbon qazı düşməlidir. Bu zaman planetdə kifayət qədər isti olacaq və Yerdəki iqlim kimi iqlim yaranacaq.

Bu üsuldan istifadə edən Makkey və məqalənin müəllifləri Marsın qütb “papaq”larında, səthində və bir sıra dağlarda olan karbon qazının həcmini hesablayıblar. Məlum olub ki, Marsın qütblərindəki “papaq”ların tam yoxa çıxması atmosfer təzyiqini iki dəfə artıracaq. Eyni zamanda havanın tərkibindəki karbon qazını da hər kvadrat santimetr üçün 30 qrama qədər artıracaq. Amma bu, lazım olan həddən 83 dəfə azdır. (ölkə.az)

BIR CAVAB BURAXIN