İlham Əliyev Türkiyədə keçiriləcək BMT-in Humanitar sammitinə qatılacaq

0
743

Prezident İlham Əliyev Türkiyəyə səfərə gedəcək.  ANS PRESS-in məlumatına görə, səfər 23-24 may tarixlərinə planlaşdırılır.  İham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar sammitində iştirak edəcək.

Sammitə BMT-nin baş katibi Pan Gi Munla yanaşı dünyanın bir çox nüfuzlu şəxsləri dəvət olunub.

Rusiya prezidenti Vladimir Putin isə Türkiyəyə səfər etməkdən imtina edib. bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, mayın 23-24-də İstanbulda keçiriləcək Birləşmiş Millətlər Təşkilatınınhumanitar sammitində iştirak etməli idi.

Ərdoğan və Putin razılığa gəldi

Peskov Putinin İstanbula getməməsinin səbəbini prezidentin iş cədvəlində səfərin nəzərdə tutulmaması ilə izah edib. “Təəssüf ki, qrafikdə bu səfər üçün yer yoxdur. Rusiya digər rəsmi şəxs səviyyəsində təmsil ediləcək”,-deyə Peskov bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki,  İstambul sammitində  Rusiyanın Fövqaladə Hallar Nazirinin (FHN) müavininin başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Mariya Zaxarova – Rusiya XİN rəsmisi

Dmitri Peskov -Kremlin mətbuat katibi

BIR CAVAB BURAXIN