İldə xəstəxanaya 50 atılmış uşaq gətirilir

0
441
Atılmış uşaq

«İl ərzində 2 saylı Klinik Uşaq Xəstəxanasına 50-yə yaxın atılmış uşaq qəbul edilir».

APA-nın xəbərinə görə, bunu Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev bildirib.

A.Xudiyev qeyd edib ki, yeni doğulan uşaqlardan imtina edildikdə, onlar xəstəxanaların həyətinə atılır: «Bu cür faktlar var və bunu inkar etmək olmaz. Əvvəllər bu uşaqlar xəstəxanada yoxlandıqdan sonra dövlət uşaq müəssisələrinə aparılırdı. İndi isə atılmış uşaqlar dövlət uşaq müəssisələrinə təhvil verildikdən sonra müayinə üçün bizim xəstəxanaya gətirilir».

Həkim həmin uşaqların əksər hallarda sətəlcəm əlaməti ilə xəstəxanaya yerləşdirildiyini bildirib: «Onlar burada bütün müayinələrdən keçirilir. Atılmış uşaqların müayinəsi və müalicəsi üçün bizim xəstəxanada ayrıca otaqlar var».

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × four =