İlan sancan kişi arvadı ilə birlikdə ölmək istədi – Onu dişlədi

0
602

İlan sancan kişi arvadı ilə birlikdə ölmək istədi

Hindistanda ilan sancan adam qəribə hərəkət edib.

Bihar əyalətində yaşayan Şankar Rai adlı şəxsi yuxuda olduğu zaman ilan sancıb.

Səhər ayılanda özünü pis hiss edən və ilan sancmasına məruz qaldığını anlayan kişi arvadına qəribə istəyini söyləyib. O, arvadını çox sevdiyini və onunla birlikdə ölmək istədiyini deyib. Arvadının razılığını alan kişi dişlərini onun qoluna batırıb və bundan sonra hər ikisi huşunu itirib.

Ər-arvad yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Kişi həyatını itirib, qadın isə xilas edilib.“Qafqazinfo”

 

BIR CAVAB BURAXIN