İlahiyyatçıdan QMİ-yə sərt cavab:Nisyə həccə getmək dinimizə ziddir

0
348

Xəbər verdiyimiz kimi, ölkəmizdən bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlara ödənişin ödənmə qaydasında güzəştlər edilib. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, zəvvarlar ziyarətə görə ödənişi hissə-hissə edə biləcəklər.

Maraqlıdır, kreditlə, borc götürməklə, nisiyə Həcc ziyarətinə getmək düzgündürmü?

Bu barədə Unikal.org-a açıqlama verən ilhiyyatçı Hacı Təyyar Hüseynli bildirib ki, nisyə, borclu qalaraq Həcc ziyarətinə getmək islam dinində düzgün deyil və bu ziyarət normal qəbul edilmir:

”Ehtiyacı olan insanın borclu qalıb, Həccə getməsi, Quranda şərtlərin pozulması deməkdir. Bu o deməkdir ki, həmin şəxsin ziyarətə getməyə imkanı yoxdur. Özünü maddi baxımdan çətinliyə salıb, ziyarətə getmək dinimizdə qəbul edilmir. Borclu qalaraq ziyarətə getməyi dinimiz məqbul hesab etmir”.

İlahiyyatçı hesab edib ki, Həcc missiyası ilə məşğul olanlar bu məsələyə həssas yanaşmalıdırlar:

“Çünki, bu sıradan turizm biznesi deyil. Bu ziyarətə görə, yüksək məbləğlərin təyin olunması da günahdır. Müqəddəs kitabımızda buyurulur ki, hər bir müsəlman ildə bir dəfə Həcc ziyarətinə gedə, maddi və mənəvi şərtlərə əməl edirsə, Kəbə evini ziyarət edə bilər”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

10 − eight =