İlahiyyatçı: “Ya Qafqaz Müsəlmanları İdarəsi ləğv edilir, ya da…”

0
406

İlahiyyatçı:

“İndiyə qədər Allahşükür Paşazadənin dinlə bağlı hansısa xütbəsinə rast gəlmisinizmi?”

Nardaran hadisəsi baş verdikdən sonra ən çox tənqid edilən qurumlardan biri də Qafqaz Müsəlmanları İdarəsi oldu. Bir çoxları bu idarənin işə yaramadığını, onun ləğv edilməsini təklif edir.

Bununla bağlı fikirlərini ilahiyyatçı alim Elşad Miri Ölkə.Az-la bölüşüb:

“Burada 3 yol var. Ya QMİ-i ləğv edilir, ya QMİ-nin səlahiyyətlərini əlindən alıb Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verirlər, ya da QMİ-də rəhbərlikdən tutmuş ən ən aşağı vəzifəli şəxslərə qədər kadr islahatları keçirilir. Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi QMİ kimi imam, axund təyin edə bilmir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi icmaları qeydiyyatdan keçirir və onlarla məşğul olur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini məsələlərə qarışa bilmir, nizamnamədə də belə bir şey yoxdur. Bir də görürük ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitənin istədiyi məsələni QMİ istəmir. QMİ-nin axundları, mollaları həmin istəyin lehinə təbliğat apara bilirlər. Yas mərasimlərindəki israfçılıq məsələsi heç kimin yadından çıxmayıb.

Türkiyənin özündə bu məsələlərə Diyanət işləri başkanlığı baxır. Diyanət işləri başkanlığı həm axund, molla təyin edir, həm icmalarla işləyir. Diyanət işləri başkanlığı Nazirlər kabinetinə bağlı, protokolda da yeri olan bir qurumdur. Oradakı insanlar da dövlət büdcəsindən maliyyələşir. Bu gün QMİ-nin sədri deyir ki, İranın dini liderini özümə rəhbər bilirəm. Bir ölkənin dini rəhbəri başqa bir ölkənin dini rəhbərini necə özünə ağsaqqal, başçı bilə bilər? Bunu məzhəblə də əlaqələndirib deyirlər, ancaq bu da doğru bir şey deyil. Demək ki, burada bir problem var. Bu problem kökündən həll edilməlidir. Yuxarıda saydığım 3 məsələdən biri olmaldır. Azərbaycanda baş verən dini problemlərin əsas səbəbkarlarından biri QMİ-dir. QMİ-nin öz sədri ilə bağlı çıxardığı kitablarının sayı İslamla bağlı çıxardığı kitabların sayından çoxdur. Türkiyənin Diyanət işləri başkanı gəlib haradasa, hansısa məsciddə xütbə verir, amma indiyə qədər Allahşükür Paşazadənin dinlə bağlı hansısa xütbəsinə rast gəlmisinizmi?”

Qeyd edək ki, bu məsələyə siyasətçilər də qoşulub. ADP sədri Sərdar Cəlaloğlu da QMİ-nin ləğv edilməsi tələbi ilə çıxış edib.

Səxavət Məmməd
Ölkə.Az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × 2 =