İki bacının öldüyü qəzanın təfərrüatları: İşə gecikirdilər…

0
282

Bir neçə gündür ölkədə ən çox danışılan qəza ilə bağlı bu gün daha bir acı xəbər gəldi. Hadisə günü yerindəcə vəfat edən Sürəyya Qəhrəmanlının özündən bir yaş kiçik bacısı Leyla Qəhrəmanlı da xəstəxanada vəfat etdi.

Qafqazinfo.az-ın əməkdaşları bu gün bacıların yaşadığı binada olublar.

Nəşrin əməkdaşları dəqiqləşdiriblər ki, Leylanın cənazəsi 3 gün öncə vəfat edən böyük bacısı Sürəyyanın məzarının yanında dəfn ediləcək.

Uzun illər ailə ilə yaxın olan qonşular bu faciədən dərin sarsıntı keçirdiklərini bildiriblər:

“Sürəyyanın dəfn olunduğu yer ailə üçün özəldir. Belə ki, Sürəyya rəhmətlik nənəsinin adını daşıyır. Onun nənəsi bir neçə il öncə sentyabrın 15-də, nəvəsi Sürəyyanın vəfat etdiyi tarixdə dünyasını dəyişib. Nəvə Sürəyya də nənə Sürəyyanın məzarının yanında dəfn olunub. Görünür, bizim Sürəyya nənəsinin təkcə adını yox, həm də taleyini özündə daşıyıb…”

Ailəni bu hüznə qərq edən hadisə isə bacıların işə gecikməsinə görə olub. Sürəyya valideynlərinə ilk dərs günü olduğu üçün Bakı-Sumqayıt yolu ilə getməyəcəyini, Novxanı yolundan istifadə edəcəyini deyib. Yaxşı tanımadığı bu yol isə onu yubadıb. İnsan resursları şöbəsində çalışdığı klinikaya çatmaq üçün tələsən Sürəyya yüksək sürətlə hərəkət edərək qarşısındakı avtomobili ötməyə çalışıb, bu zaman isə qarşıdan gələn yük avtomobili ilə toqquşub.

17:45
Bir neçə gün əvvəl Novxanı qəsəbəsi ərazisində Sumqayıtdan Bakıya işə gələrkən dəhşətli qəzaya düşən bacılardan ikincisi də bu gün vəfat etdi. 
Sürəyya və Leyla Qəhrəmanova bacılarının qəzaya düşdüyü avtomobilin görüntülərini əldə edilib. Hadisənin dəhşətini və məşumluğunu əks etdirən fotoları təqdim edirik.
Qeyd edək ki, sentyabrın 15-də saat 08 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Sürayyə Qəhrəmanovanın idarə etdiyi “Chevrolet Aveo” və Bakı şəhər sakini Kamran Məmmədovun idarə etdiyi “MAN” markalı yük maşını toqquşub. Nəticədə S.Qəhrəmanova hadisə yerində ölüb, onun 24 yaşlı bacısı Leyla isə əvvəlcə Kliniki Tibbi Mərkəzə, daha sonra isə işlədiyi özül xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Leylanın da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır. (lent.az)
* Fotoları təqdim edirik

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

19 − 9 =