İdmançımız ermənini nokauta saldı

0
389

11

Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov A1VCC versiyası üzrə keçirilən beynəlxalq turnirdə parlaq qələbə qazanıb.

 

Missiya.az xəbər verir ki, bu gün Almaniyanın Vuppertal şəhərində A1VCC versiyası üzrə növbəti nüfuzlu beynəlxalq turnir keçirilib.

 

Yarışda ölkəmizi təmsil edən Xəyal Əhmədov rinqdə erməni döyüşçü Cioran Apuyepyanla üz-üzə gəlib. X.Əhmədov qarşılaşmanın ilk dəqiqələrindən ermənidən güclü oduğunu nümayiş etdirib və elə 1-ci raundda onu nokauta salaraq qələbə qazanıb.

 

Qeyd edək ki, “A1 Vorld Kombat Kap”un təşkilatıçılığı ilə keçirilən yarış dünyada “Səkkizlik” adı ilə də məşhurdur.

 

X.Əhmədovun erməni döyüşçü üzərində qələbə qazanması ilk deyil. O, ötən il Tiflisdə keçirilən Dünya Kuboku turnirində də erməni döyüşçü Q.Koçaryanı nokautla məglubiyyətə uğratmşdı.

 

X.Əhmədov bundan əvvəl bu il mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçirilmiş “K-1” versiyası üzrə beynəlxalq turnirin qalibi olub. Polyak idmançı ilə üz-üzə gələn həmyerlimiz çətin döyüşdə tam üstünlük nümayiş etdirərək parlaq qələbə qazanmışdı.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × two =