Husilər eks-prezidenti öldürdü – Son dəqiqə

0
367

 


Husilər tərəf dəyişdirərək Səudiyyə Ərəbistanı ilə anlaşmağa çalışan devrilmiş lider Əli Abdullah Salehin paytaxt Səna şəhərində yerləşən evini partladıb. Bu barədə “Röyter” informasiya yayıb. İranın “Tasnim” agentliyi isə eks-prezidentin Marib şəhərinə qaçmağa çalışarkən husilər tərəfindən öldürüldüyünü bildirib.

Qeyd edək ki, Əli Abdullah Saleh tərəfdarları 2014-cü ildə Yəməndə vətəndaş müharibəsi başlayandan bu günə qədər husilərin tərəfində vuruşub. Son dövrlərə qədər Saleh husilərlə sıx əlaqədə olub. Lakin bir müddət öncə onlar arasında kiçik toqquşmalar başlamışdı.

Saleh artıq paytaxt Sənadakı bir sıra mühüm strateji obyektləri nəzarəti altına salmağı bacarmış, həmçinin Yəmən xalqını husilərə qarşı savaşa çağırmışdı.Axar.az

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

7 − six =