Ev Sosial Hüseyn Dəryanın oğlundan Nadirə: “Alçaq”

Hüseyn Dəryanın oğlundan Nadirə: “Alçaq”

0
513
Hüseyn Dəryanın oğlundan Nadirə:  "Alçaq..."

Müğənni Nadir Qafarzadə mərhum reper Hüseyn Dəryanın oğlu Cahangirin ona yazdığı mesajı sosial şəbəkədə yayımlayıb.

Arazinfo.com-un Axşam.aza istinadən verdiyi məlumata görə, “Maşın” şounun iştirakçılarından olan Nadirlə rejissor Kənan M.M. arasında qalmaqal yaşanmışdı.

Kənanın avtomobili qazandığı halda Cahangirə bağışlayacağını deməsinə ifaçı etiraz etmişdi.

Cahangir Kənanın onlara apardığı bazarlığın fotosunu N.Qafarzadəyə ataraq “Sox gözünə, alçaq. Kənana inanmırdınız” sözlərini yazıb.

Nadir isə Cahangirin həmin sözlərinə əsəbiləşərək bunları deyib:

“Bu fotonu Hüseyn Dəryanın oğlu “direct”ə atıb. İndi buna nə ad verək? Guya, o ərzaqları Kənan öz pulu ilə alıb aparıb? Ərzaqları Kənana şouda veriblər, o da Hüseyn Dəryanın oğluna aparıb. Öz cibindən xərcləməyib.

Allaha çox şükür, kimə nə yaxşılıq etmişəmsə, öz halal qazandığım pulla eləmişəm. Reklamlara heç vaxt ehtiyac görməmişəm. Çünki xalqım hər şeyi görür və yaxşı bilir. Mən isə Hüseyn Dəryanın oğluna heç nə demirəm. Çünki o mənim oğlanlarımdan da balacadır. Həyatda hər kəs atasını tanısın. Allah səni saxlasın, Cahangir”.

N.Qafarzadə daha sonra paylaşımı İnstaqram səhifəsindən silib.

BIR CAVAB BURAXIN