Hökumət rəsmisi: “İntensiz yağış yağsa, evlər yenə su altında qalacaq”

0
541

11

Bakıda bizim kanalizasiya şəbəkəmiz tullantı sularına hesablanıb, yağış sularına yox. Yağış suları xətləri ayrıca bir layihə olmalıdır». «Azərsu» ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı AzadlıqRadiosuna belə deyir. Bildirir ki, Bakıda nəinki yağış kanalizasiya sisteminin yaradılmasına, hətta tullantı suları üçün də kanalizasiyanın olmadığı yaşayış massivlərində şəbəkənin qurulmasına milyardlarla manat lazımdır.

– Binəqədi yolu, Zabrat gölünün ətrafı, Zabrat qəsəbəsi, Masazır – bu ərazilərdə bizim heç mərkəzləşdirilmiş kanalizasiya şəbəkəmiz yoxdur, o ki qala yağış suları ilə bağlı işlər görməyə. Harada ki, bizim infrastrukturlar var, həmin ərazilərdə yağış sularının kənarlaşdırılması ilə bağlı ciddi fəsad yoxdur. Məsələn, bu gün də erkəndən yağış yağır. Normal yağır, intensiz deyil deyə, heç bir problem də yoxdur. Bu dəqiqə kimsə deyə bilməz ki, Bakının harasındasa yağış suları toplanıb qalıb küçələrdə. Amma harada ki, infrastruktur yoxdur, orada yağış nə vaxt yağsa, problem yaranacaq.

– Bakının neçə faizində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi var?

-Bakının mərkəzi hissələrində, Yeni Günəşli, Köhnə Günəşli, Hövsan, Sabunçu qəsəbəsinin bir hissəsi, Bakıxanov qəsəbəsi, Qaraçuxur, Nərimanov rayonun hamısı, Yasamal, Binəqədinin şəhər hissəsi – bu ərazilərin hamısında bizim kanalizasiya şəbəkəmiz var və burada heç vaxt problem yaşanmır. Sadəcə, xırda tutulmalar ola bilər ki, onu da müraciət daxil olan kimi dərhal aradan qaldırırıq. Yəni infrastruktur olan yerlərdə heç bir problem yaranmır. Biz mütəmadi olaraq, elə bu yağışlardan sonra da monitorinqlər apardıq, xətləri yuduq, ötürücülük qabiliyyətini tam bərpa etdik.

– Bütün Bakıda mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yaratmaq üçün nə qədər vəsait lazımdır?

-Onu mən deyə bilmərəm. Milyardlarla vəsait lazımdır. Bakıətrafı qəsəbələr, yeni yaşayış massivləri var. Bakının ətrafında – Sulutəpədə, Masazırda, Binəqədidə, Sabunçuda, Suraxanıda görün nə qədər ərazilər salınıb. Milyardlarla vəsait lazımdır ki, bu ərazilərdə kanalizasiya şəbəkəsi yaradılsın, kollektorlar tikilsin, daşıyıcı xətlər salınsın.

BIR CAVAB BURAXIN