Hitlerin yoxa çıxan xəzinəsi tapılacaqmı? (2)

0
1049

Arazinfo.com saytı araşdırmaçı jurnalist, yazıçı Əziz Mustafanın “Hitlerin yoxa çıxan xəzinəsi tapılacaqmı?” yazısının ikinci hissəsini oxucularına təqdim edir:

Qızılın izini itirmək üçün ondan inşaat materialları hazırlayır, qazanlar, kömçələr düzəldirdilər. Amma eyni zamanda qızıldan avtomobil də hazırlayırdılar. Məsələn, SS zabiti ştandartenfürer Fridrix Şvend qızıl maşınla əvvəlcə İspaniyaya, sonra isə Peruya qaçmışdı. Sonralar Şvend qızıl maşınla müttəfiq dövlətlərinin xüsusi xidmət orqanlarının diqqətindən yayınaraq qaçmasından və həmin dövrdə hər gün Avstriyadan 1 ton qızılı xarici ölkələrdən birinə göndərməsi ilə lovğalanırdı.

Onun dediklərini təsdiqləyən tarixçi-tədqiqatçı Herhard Zauner Zaltskammerqut ətrafındakı meşə və göllərdə 20 gizli saxlama yeri qazıldığını söyləyir. Onun sözlərinə görə, bu gizli yerlər əsasən insan ayağı dəyməyən qalın meşəliklərdə və onların ətrafındakı irili-xırdalı göllərdə qazılırdı. Zaunerin fikrincə almanlar qızl dolu konteynerləri elə-belə gölün dibinə batırmamışlar. Onlar akvalanqçıların köməyi ilə göllərin dibini qazmış və konteynerləri orada gizlətmişlər. Bu səbəbdən də konteynerləri tapmaq mümkün olmur. Çünkü üstündən illər ötəndən sonra göllərin dibini 5-6 metr qalınlığında lil örtüb. Buna paralel olaraq onlar iz itirmək üçün göllərdə torpaq və kartonlar köhnə pambıq parça qalıqları ilə dolu olan aldadıcı konteynerləri də gizlətmişlər. Ona görə də gizli yerlərdən olduqca az qızılın tapılması müttəfiqləri həmişə pərişan edib. Bunu nəzərə alan və 20 ildən artıq müddət ərzində faşist Almaniyasının qızılla dolu konteynerlərini axtaran tarixçi tədqiqatçı Haynts Melevski: “Bəlkə biz səhv edirik: Əgər Faşist Almaniyasının bu qədər qızılı olubsa, onlar onda haradadırlar? Mən artıq faşistlərin trilyonllarla qızılının olması barədə deyilənlərə inanmamağa başlayıram”,-deyir. O belə hesab edir ki, almanlar bütün qızıl ehtiyatlarını hərbi məqsədlər üçün xərcləyiblər və az miqadarda, əsasən talan edilmiş ölkələrdən əldə etdikləri qızılları gizlətməyə nail olublar. Haynts Millevski:

“Amma bəzi sənədlərdə Bormanın əmri ilə ölkənin qızıl ehtiyatlarına toxunulmamasının və müharibədən sonra onlardan Almaniyanın yenidən dirçəldilməsi məqsədi ilə istifadə edilməsi barədə göstəriş verildiyi məlum olub. Araşdırmalarım nəticəsində aşkar etmişəm ki, təkcə Belçika və Niderlanddan faşistlər yarım milyard dollarlıq qızılı Almaniyaya daşıyıblar. İndiki qiymətlərlə bu 150-200 milyard  dollar deməkdir. Bundan əlavə Avstriyanın bütün qızıl ehtiyatları ( 300 ton),  Çexoslovakiyanın (104 ton), Danimarkanın, Polşanın Danimarka və Fransanın qızıl ehtiyatlarının da yarıdan çoxunu almanlar öz ölkələrinə daşımışlar”,-deyir.

Bu da köhnə qiymətlərlə təxminən 200-300 milyard dollar ( indiki qiymətlərlə 40-50 triyon dollar) deməkdir. Bundan əlavə Osventsim və digər ölüm düşərgələrindən hər il Almaniyaya 8000 kilqram qızıl külçə ( əsirlərin əridilmiş qızıl əşyaları, o cümlədən qızıl dişləri) göndərilirdi. Amma bu qızılların yerini tapmaq mümkün olmayıb. Belə çıxır ki, Otto Skortsen yenə də əsl kəşfiyyatçı kimi bütün bacarığını işə salaraq çoxlu sayda saxta gizli saxlama yerləri qazdıraraq müttəfiq dövlətlərin xüsusi xidmət orqanlarını barmağına dolaya bilib. O, Bormanın tapşırığına əməl edərək Almaniyanın böyük miqdarda qızıl ehtiyatlarından yalnız cüzi hissəsini aldadıcı cizli saxlama yerlərində yerləşdirərək, qalan hissəsini məlum olmayan yerlərdə gizlədə bilib. Otto Skortsen 1945-ci il may ayının 16-da mülki geyimdə ölkəni tərk etmək istəyərkən sırf bir təsadüf nəticəsində Toplitszee gölü ətrafında Amerika patrulları tərəfindən həbs edildi. Skortsen istintaq zamanı Almaniyanın qızıl ehtiyatlarının gizlədildiyi ehtimal edilən yalnız saxta saxlama yerlərini göstərdi. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi həmin gizli saxlama yerlərində aşkar edilən qızlın həcmi olduca az idi. Amma nə qədər qəribə olsa da Amerika kəşfiyyatı onun dediklərinə inanaraq Almaniyanın böyük həcmdəki qızıl ehtiyatının qalan hissəsinin harada olması ilə maraqlanmadılar. Bir sözlə mahir kəşfiyyatçı olan Skortsen yenə də ABŞ xüsusi xidmət orqanlarını özünün yalanlarına inanadıra bilmişdi. Aylarla davam edən istintaqdan sonra Skortseni uzun müddətli həbs cəzasına məhkum etdilər. Lakin o yalnız 3 il həbsxanada yatdı. ABŞ xüsusi xidmət orqanlarının və həbsxana gözətçilərinin maymaqlığından istifadə edən Skortsen 1948-ci ildə həbsdən qaça bildi. O, qonşu İspaniyaya gedərək ömrünün sonuna kimi orada başqa ad altında yaşadı. Ölümündən (1975-ci il) bir az əvəl Skortsen Madriddə tanınmış sovet publisisti, “Baharın 17 anı” filminin müəllifi Yulian Semyonova müsahibə vermişdi. Semyonov Skotrsenlə söhbətində Almaniyanın yoxa çıxmış qızıl külçələrinin bir hissəsini Perudakı banklardan birində gördüyünü ona söyləmişdi. Yazıçı həmçinin Honduras bankında da faşist Almaniyasına aid edilən və üstündə xaç olan qızıl küşçələrin saxlanıldığının şahidi olduğunu söyləyir. Semyonovun məsələ ilə bağlı söylədiklərinə Otto Skortsenin münasibəti də özünəməxsus olur. O deyir: “Burada qeyri-adi axı heç nə yoxdur. Maliyyə naziri Funk 1945-ci ilin aprel ayının sonlarında mənə onlarla birlikdə getməyi təklif etdi. O dedi ki, Otto, bu qızılları hara edəcəyimi bilmirəm. Çox güman ki, onlar bu qızılı mafiyanın yardımı ilə xaricə göndərə biliblər”.

Semyonovun fikrincə, Skortsenin dediklərində müəyyən qədər həqiqət var.

Zaunerin araşdırmalarına görə, Almaniyanın qızıl ehtiyatını əvvəlcə SS kazak polkunun mühafizəsi altında xaricə göndərmək istəyirdilər. Bu məqsədlə polku Zaltskammerqut ətrafına ezam etmişdilər. Ancaq Borman ruslara bir o qədər də etibar etməməyi məsləhət gördü. Ondan sonra qızıl dolu eşelonun mühafizəsini xüsusi təlim görmüş SS alayına tapşırdılar. 277 saylı qatarın 10 vaqonunu Bad-Auszee ətrafından Yuqoslaviya ilə sərhəddə yerləşən Qrats şəhərinə göndərdilər…1945-cı il may ayının 9-da Almaniya rəsmi şəkildə müttəfiq qoşunları qarşısında ağ bayraq qaldırdı. Bundan sonra 10 vaqonun mühafizəsini SS-in xorvatlardan təşkil edilən “Kama” adlı diviziyasının zabit və əsgərləri öz üzərlərinə götürdülər. Onlara komandanlığı isə nə qədər də qəribə görünsə də yepiskop Aloiz Xudal edirdi. Əslən Qratsdan olan Xudal Avstriyanın Vatikandakı xüsusi nümayəndəsi idi. O Hitlerin qatı tərəfdarlarından biri kimi tanınırdı və İtaliyanın məşhur Neapol mafiyası ilə sıx əlaqə saxlayırdı. Ola bilsin ki, Skortsenin də ehtimal etdiyi kimi Almaniyanın qızıl ehtiyatlarının bir hissəsi məhz Xudalın dostları olan Neapol mafiyasının əli ilə xaricə çıxarılıb. Ammma bunu tam şəkildə nə təsdiq, nə də təkzib edən faktlar yoxdur.

İtən xəzinə…

Faşist Almaniyasının belə demək mümkünsə müəmmalı şəkildə yoxa çıxan xəzinəsi isə yuxarıda qeyd etdiyimiz kimi trilyonlarla dollar həcmində ölçülür. Bunu sübut edən faktlara nəzər salaq.

  1. SS kazak korpusuna məxsus 50 ton platin. Kazaklar müttəfiq qoşunlarına könüllü şəkildə təslim olarkən 50 ton platinin gizlədildiyi saxlama yerlərini onlara göstərmişlər. Ancaq 50 ton platinin saxlandığı Qryunzee gölü ətrafındakı gizli saxlama yerlərindəki konteynerlər boş idi. Sanki kimsə öncədən xəbər tutaraq onları talamışdı.
  2. Macarıstan diktatoru Salaşiyə aid edil 150 yeşik qızıl. Bu qızılı Mattzee gölündə və onun ətrafındakı dağlarda gizlətmişdilər. 150 yeşik qızıldan ancaq 15-ni tapmaq mümkün olmuşdu. Tapılan qızılların arasında Salaşiyə aid edilən qızıl tac da vardı. Bu 15 yeşik qızılı amerikalılar tapmışdılar. Onlar qızıl tacı Macarıstana qaytarmışdılar. Qalan qızıllar isə indiyə kimi Amerikanın Fort Noks şəhərindəki banklardan birində  saxlanılır.
  3. Almaniyaya xidmət edən “İdel-Ural” tatar legionuna aid edilən 20 yeşik, təxminən 1 ton qızıl çervon. Böyük Britaniyalı əsgərlər onun gizlədildiyi yerdəki konteynerlərdən yalnız köhnə pambıq tapdılar.
  4. Yuxarı Avstriyanın qaulyayteri Avqust Ayqruberə məxsus olan 3 konteyner brilliyant. 1975-ci ildə dalğıclar yalnız onlardan bir yeşiyini Altauszee gölünün dibindən tapdılar.
  5. SS-in Eston qruplaşmasının rəhbəri Xyalmar Myaenin nəzarəti altında olan 200 kiloqram qızıl. Myae onları Zaltskammerquta gətirərək Skortsenə şəxsən təhvil vermişdi. Bu qızılların da yeri məlum deyil.

Əziz Mustafa/Arazinfo.com

BIR CAVAB BURAXIN