Hitlerin uduzmasına o səbəb oldu: Nasistlərin nüvə bombası barədə YENİ FAKTLAR

0
749

Nasist lider Adolf Hitler tərəfindən nüvə bombasının yaradılması planları haqqında naməlum faktlar üzə çıxıb.

 

Publika.az “Lenta.ru” saytına istinadən xəbər verir ki, məşhur alman nüvə fiziki Klaus Qottşteyn öz məqaləsində “baş tutmayan atom bombasının atası” adlandırılan görkəmli alman fiziki Verner Heyzenberqin nüvə bombası layihəsinin hazırlanmasında oynadığı rola toxunub.

 

Leypsiq universitetinin professoru Verner Heyzenberq II Dünya Müharibəsinin başlanmasından bir neçə gün sonra Almaniya quru güclərinin silahlandırılması İdarəsinə çağırılır. Burada ona nüvə bombasının yaradılması imkanını tədqiq etməyi tapşırırlar.

 

 

1941-ci ildə Heyzenberq və “Uran klubu” kimi məşhur olan alman alimləri qrupu belə nəticəyə gəldilər ki, kütləvi qırğın silahının yaradılması mümkündür, amma hərbi vəziyyətə uyğun olmayan vasitələr və vaxt tələb edəcək. Bu cavab nasist Almaniyasının rəhbərliyini qane etmirdi, axı müharibə şəraitində işıqlı gələcəyi gözləmək məqsədəuyğun deyildi.

 

Bununla belə, nasistlər 1942-ci ildə layihəni dondurdular.

 

Heyzenberq şad idi ki, ona mürəkkəb qərarı qəbul etmək lazım olmayacaq: əmrə tabe olmaq və ya həyatı ilə risk edərək layihəni sabotaj etmək. Mülki hədəfləri üçün kiçik nüvə reaktorunun üzərində iş onu tamamilə qane edirdi və o,hakimiyyətdən bununla bağlı tapşırıq alır.

 

Kopenhagendə görüş

 

1941-ci ilin ikinci yarısında Heyzenberq yaxın gələcəkdə nüvə silahının yaradılmasının qeyri-mümkünlüyündən əmin oldu. Amma onu sonrakı perspektivlər narahat edirdi. Bombanı ABŞ-da yarada bilərdilər və Almaniya bu ideyadan əl çəkməmişdi.

 

Təəssüf ki, o, beynəlxalq elmi cəmiyyət qarşısında dünyanın təhlükəsizliyi barədə sual qoymağı bacarmırdı. Heyzenberq buna görə də öz dostu və müəllimi, 1920-ci illərdə birgə işlədiyi danimarkalı fizik Nils Bora müraciət edir. Heyzenberq bu problemi onunla müzakirə etmək və onun fikrini bilmək istəyirdi. Onlar 1941-ci ilin sentyabrında Kopenhagendə astrofizika konfransında görüşdülər.

 

 

Gestapo (Nasist Almaniyasının yaratdığı gizli polis təşkilatı –red.). tərəfindən dinlənilməsindən qorxan Heyzenberq ifadələri çox ehtiyatla seçirdi. Əgər o, alman nüvə proqramında öz iştirakı haqqında danışsaydı, xəyanətə görə ittiham edilə bilərdi. Amma Danimarka fiziki söhbəti yarımçıq kəsir. O, təsəvvür edə bilmirdi ki, Heyzenberq alman hakimiyyətinin xüsusi sanksiyası olmadan onunla görüşür. Bor Danimarkanın işğalının əleyhinə idi və nasist rejimi ilə hansısa əlaqədə olmağı arzu etmirdi.

 

Bu hadisəyə həsr edilmiş qısa hekayələrdə tez-tez deyilir ki, məlum görüşdən sonra fiziklər arasında dostluq münasibətləri bitir. Amma bu, həqiqət deyil. Hələ Kopenhagendə olarkən Heyzenberq arvadında yazdığı məktubda qeyd edirdi ki, bu görüşdən iki gün sonra o, danimarkalı alimin evində olub. Onlar ailəliklə müharibədən sonra da bir-birinə qonaq getməyə davam ediblər.

 

Fantaziyaçı Yunq

 

Avstriya jurnalisti Robert Yunq ABŞ və Almaniyada atom bombasının hazırlanması üzərində işə həsr edilmiş “Minlərlə günəşdən daha parlaq” kitabı yazdıqdan sonra onların dostluğu həqiqətən sınağa məruz qalır.

 

Yunqa görə Heyzenberq mənəvi dilemma ilə qarşılaşmışdı: Hitlerə güclü silahı vermək, ya yox. Fizik kitabın nəşrindən sonra etiraz edirdi ki, o, heç vaxt özünü atom bombasının hazırlanması üzrə layihəyə müqavimət göstərən “qəhrəman” kimi təqdim etməyə çalışmırdı. Bundan başqa, Yunq Heyzenberq və Borun görüşünü təsvir etmişdi.  Kitabda alimlər arasındakı görüşdə söhbətin kəsilməsinə görə Bor günahkar hesab edilirdi.

 

Bor Heyzenberqə Yunqun kitabı haqqında böyük məktub yazsa da, onu göndərməyib. Məktub 2012-ci ildə  – danimarkalı fizikin ölümündən 50 il sonra dərc edilir. Bor alman fiziklə söhbəti niyə kəsməyə qərar verdiyini izah edib. Onun sözlərinə görə, Heyzenberq nüvə bombasının hazırlanması üzrə alman layihəsinin mövcudluğuna işarə edirdi. Danimarkalı fizikin fikrincə, alman fizik başa salmağa çalışırdı ki, bu təşəbbüs onun rəhbərliyi altında rellaşdırılır. Bor düşünür ki, Heyzenberq müharibədə Almaniyanın qaçılmaz qələbəsini nəzərdə tutur və kütləvi qırğın silahının yaradılması sahəsində əməkdaşlığı təklif edir.

 

Heyzenberqin tərcümeyi-halının daha bir epizodu var. O, altı ay ərzində – 1945-ci ilin 3 iyulundan 3 yanvar 1946-cı ilə qədər başqa alman nüvə fizikləri ilə birlikdə Böyük Britaniyada gizli dinləmə qurğuları yerləşdirilmiş binada saxlanılır.

 

Alim 1945-ci il 6 avqustun axşamı radio vasitəsi öyrənir ki, amerikalılar Xirosimaya atom bombası atıb. Heyzenberq buna inanmadığını bildirir. Onun sözlərinə görə, ABŞ üçün atom bombasının kritik kütləsinin əldə olunması üçün iki ton uran-235 lazım idi.

 

 

Heyzenberqin replikasına başqa alim – Otto Qan cavab verir: “Deyin, siz niyə əvvəl mənə deyirdiniz ki, istənilən hər şeyi etmək üçün 50 kiloqram uran-235 kifayətdir? Amma indi iki tondan danışırsınız”.

 

1942-ci ilin iyununda general-feldmarşal Herxard Milxomla söhət zamanı Heyzenberq iddia edirdi ki, Londonu ananas ölçüsündə bomba ilə məhv etmək olar. Heyzenberq 6 avqustda niyə iki ton urandan danışırdı? Ən ehtimal edilən cavaba görə, o, güman edirdi ki, guya onun rəhbərliyi altında alman alimlərindən ibarət qrup öz tədqiqatlarında əhəmiyyətli dərəcədə irəliləmişdilər, nəinki amerikalılar. O, bununla da müttəfiqlərlə ticarətdə bundan istifadə etmək niyyətində idi.

 

Heyzenberq 1941-ci ildə Kopenhagendə Nils Borla  beynəlxalq elmi cəmiyyətin atom bombasının yaradılmasının qarşısının alınması üçün nə edə biləcəyi barədə danışmağa çalışırdı. Ancaq onun həmsöhbəti söhbətin nədən getdiyini anlamadı. Çünki, alman fizik izlənilməsindən ehtiyat edərək fikrini qeyri-müəyyən ifadə edirdi.

 

Ömər Dağlı

BIR CAVAB BURAXIN