Hindistanda naməlum sivilizasiyanın izləri aşkar edilib

0
356

 

Hindistanda naməlum sivilizasiyanın izləri aşkar edilib.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Maxaraştra ştatının qərbindəki Konkan rayonundakı yüksəkliklərdən birində rəsmlər-petroqliflər aşkar edilib. Onların çoxu min illərboyu diqqətdən kənarda qalıb. Təpədəki rəsmlərdə quş, vəhşi heyvan, insan və geometrik fiqurlar təsvir edilib. Onların çoxuna vaxtı ilə yerli əhali sitayiş edib. Tapılmış rəsmlərin dünyanın digər yerlərində aşkar edilən analoji rəsmlərlə müqayisəsi zamanı onların daha qədimlərə aid olduğu məlum olub. Maxaraştra ştatının Arxeologiya departamentinin direktoru Teas Harc: “Biz rəsmlərdə kənd təsərrüfatı ilə bağlı heç nə yoxdur. Bu rəsmlər yalnız heyvanların, quşların təsvirindən ibarətdir. Bu da onu göstərir ki, rəzmlər çəkilərkən insanların hələ əkinçilikdən, buğdadan, arpadan xəbərləri olmayıb. Bütün bunlar da tapılan rəsmlərin hansısa qədim sivilizasiyaya aid olduğunu bir daha təsdiq edir”,-deyib.

 

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × 1 =