Hindistanda 24 barmaqlı qeyri-adi ailə yaşayır

0
587

11

Hindistanın Bihar ştatının Qayya kəndində yaşayan Çudhari ailəsi bütün qonşuları və dostlarından fərqlənir. Ailənin 25 üzvünün əlləri və ayaqlarının hər birində 6 barmaq var. Onlar artıq barmaqlar səbəbindən çoxlu sayda çətinliklə qarşılaşırlar.

Publika.az xəbər verir ki, Şimali Hindistanın Qayya kənd sakini 50 yaşlı Krişna Çudharinin atası, qardaşları, bacıları və uşaqlarının əllərində və ayaqlarında altı barmaq var.

Belə vəziyyət heç vaxt Krişnaya mane olmayıb, lakin övladlarının bu səbəbdən qarşılaşdıqları çətinliklər onu kədərləndirir.

“Babamın 24 barmağı vardı,- deyə Krişna söyləyir.- Atamın da 24 barmağı olub. Qaradaşlarım, bacılarım, övladlarım və nəvələrim də eyni tale ilə qarşılaşıb”.

Həyatı boyu günəmuzd fəhlə işləyən Krişna ailələrində dəhşətli bir şeyin olmadığını hesab edir. Lakin başqaları tam fərqli fikirdədirlər. “Həç vaxt artıq barmaqlarım səbəbimdən problem yaşanmayıb,- deyə Krişna danışır.- Lakin övladlarım və nəvələrim bununla bağlı çoxlu sayda xoşagəlməz halla qarşılaşır. Bir çox oğlanlar ailəmizin xüsusiyyəti barədə öyrəndikləri zaman qızlarla evlənməkdən imtina edirlər. Artıq dörd gənc qızımın barmaqlarının adi insanlardan çox olduğunu öyrəndiyindən ailə qurmaqdan imtina edib. Onları nəyin qorxutduğunu bilmirəm, məncə, bu sadəcə dəhşətdir”.

Krişnanın ailəsi fərqli xüsusiyyəti ilə bütün kənddə tanınır. Onları “24 barmaqlılar ailəsi” adlandırırlar.

Puna şəhərindəki həkim Ayuş Quptanın sözlərinə əsasən bu vəziyyət polidaktiliya və ya çoxbarmaqlılıq adlanır və genetik qüsurla əlaqəli olur.

BIR CAVAB BURAXIN