Hindistanda 109 nəfər Zika virusuna yoluxub

0
529

Noyabr ayında Hindistanın Madxya-Pradeş ştatında 109 nəfər, o cümlədən 34 hamilə qadın Zika virusuna yoluxub.

Arazinfo.com-un RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə NDTV telekanalı məlumat yayıb. NDTV-nin bildirdiyinə görə Zika virusuna yoluxanlardan 2 nəfəri artıq dünyasını dəyişib. Öz növbəsində Hindistanın Səhiyyə naziri Harş Vardxan telekanala müsahibəsində deyib ki, Zika virusundan iki nəfərin ölməsi araşdırma zamanı təsdiq edilib: “Zika dəhşətli virusdur və onun fəsadlarının aradan qaldırılması məqsədi ilə dövlət səviyyəsində tədbirlər həyata keçirilir. Bu məsələdə xarici həmkarlarımızla birgə işləyəcəyik və bununla bağlı Beynəlxalq Səhiyyə Təşkilatına və bizə dost olan ölkələrin müvafiq qurumlarına da  müraciət etmişik”.

Qeyd edək ki, Zika virusu ağcaqanad vasitəsi ilə insana keçir və daxildə güclü qanaxamalarla müşayiət olunur. Onun müalicəsi demək olar mümkün deyil. Bu günə kimi dünyanın 86 ölkəsində Zika virusuna yoluxma halları qeydə alınıb.

 

 

 

BIR CAVAB BURAXIN