“Heç kimi mühakimə etməyək” – Portuqaliyanın baş məşqçisi

0
290
during the 2018 FIFA World Cup Russia group B match between Iran and Portugal at Mordovia Arena on June 25, 2018 in Saransk, Russia.

“Biz hamımız bir şey itirdik. Həqiqətən çox kədərliyik”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş deyib.

Təcrübəli mütəxəssis dünya çempionatını 1/8 final mərhələsində Uruqvaya 1:2 hesabı ilə uduzduqları oyundan danışıb. Məşqçi komandasının yaxşı oynadığını vurğulayıb: “Azarkeşlər bizə hər zaman dəstək oldular. Onlara təşəkkür borcumuz var. Fanatlar üçün də çox üzülürük. Daha pis oynadığımız oyunlar oldu ki, qazandıq. Bu gün fərqli idi. Oyunçularıma meydanda etdiklərinə görə təşəkkür borcum var. Ikinci yarıda xüsusilə yaxşı idik. Hamı meydanda mübarizə apardı. Rəqibi təbrik edirik”.

Santuş məğlubiyyətin səbəbini rəqibin çox sıx oynaması ilə əlaqləndirib: “Rəqib qapısının ağzında sıxlıq yaratmışdı. Oyunu cinahlara daşımağa çalışdıq. Birinci hissədə bu alınmasa da, ikinci hissədə yaxşı oldu. Təəssüratlarım haqqında heç nə demək, detalları müzakirə etmək istəmirəm. Heç kimi mühakimə etməyək. Fərqli nəticəyə ümid edirdik. Daha çox qol vura bilərdik, amma itirdik. Uruqvayın forvardları mükəmməl çalışdı. Hər iki qolda müdafiəçilərdən yayına bildilər. İki dəfə geri düşüb oyunu çevirmək çətin oldu. Buna hazır deyildik. Uruqvay lazım olanı etdi”.

Prineylilərin çalışdırıcısı Ronaldodan da söz açıb: “Ronaldoya gəlincə, onun çox üstünlükləri var. Futbola bundan sonra da çox şey verə bilər. Ümid edirik ki, gənclərə nümunə olmaq üçün sentyabrda yenidən komandada olacaq. Kapitanın bizimlə olması vacibdir. Kriştianu bu gün normal oyun oynadı”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

16 + seventeen =