“Heç kim məni tapa bilmirdi…” – Sevda

0
592


 

Düzdür, əvvəl zəif idim, ancaq sonradan yaxşı oldu.

Kult.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva aktrisalıq fəaliyyəti haqda danışarkən deyib. O, aktrisalığın çətin olduğunu bildirib:

“Seriala çəkilmək ilk işim idi. Özümü sınamaq istədim. Gördüm ki, alındı. Düzdür, əvvəl zəif idim, ancaq sonradan yaxşı oldu. Mən bu işə “müğənniyəm, aktrisa deyiləm”, – deyə məsuliyyətsiz baxmadım. Böyük məsuliyyətlə, əziyyətlə, sevgi ilə yanaşdım. Bu 6-7 ay ərzində, demək olar ki, hər gün çəkilişlərimiz olurdu. Öz işlərim axsamışdı. Heç kim məni tapa bilmirdi. Heç özüm özümü tapa bilmirdim. Hər gün səhərdən-axşamacan çəkilişlərdə olurdum. Maraqlı və gözəl idi, ancaq həddindən artıq yorulurdum. İndi mən artıq ”hazır məhsulam”. Biri var, sıfırdan olsun, biri da var 7 ay ərzində mən Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini “oxudum” orda. Bu, mənim üçün böyük təcrübə oldu. Yaxşı film olsa, yaxşı ssenari olsa, rol olsa, çəkilərəm. Aktrisa olamdığım üçün öz xasiyyətimə yaxın bir rol oynaya bilərəm. Çılğın, dəlisov, aqressiv bir obrazı canlandıra bilmərəm”.

 

BIR CAVAB BURAXIN