Hazırda ölüm ayağında olan məşhur tarixçi alim Dilavər Əzimli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib

0
244

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə:

Hörmətli cənab Prezident! Pandemiya şəraitində insanlarımızın sağlıq durumu və səhhəti ilə bağlı çox ciddi problemlər yaşanır. Bilirik ki, bu xəstəlik bütün dünyanı bürüyüb, Azərbaycandan da yan keçməyib və təəssüf ki, bir çox insanlarımız bu amansız xəstəlikdən dünyadan köçür. Hörmətli cənab Prezident!Azərbaycan Respublikasının müstəqillik qazanması uğrunda Xalq Hərəkatının fəallarından olan, Azərbaycanın milli ruhunu və milli tarixini araşdıran, elmimizin inkişafında hər zaman ön sıralarda dayanan, I Qarabağ müharibəsinin qazisi, pedaqoq, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli də dünyanın bəlasına çevrilən “COVİD-19” xəstəliyi ilə mübarizə aparır. Hal-hazırda o, Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasında müalicə alır. Çox təəssüf hissi ilə qeyd edirik ki, vəziyyəti kəskin ağırlaşan Dilavər Əzimli artıq 04.01.2021-ci il tarixindən süni nəfəs aparatına qoşulub. Hörmətli cənab Prezident!Bu gün dövlətini, millətini sevən, minlərlə tələbənin sevimli müəllimi olan, hər zaman Azərbaycan ideologiyası ilə yaşayıb-yaradan ziyalımız Dilavər Mirzəkişi oğlu Əzimlinin həyatı üçün böyük təhlükə var və bu cür alimimizin itirilməsi Azərbaycanın tarixi, tarixinin araşdırılması üçün də ciddi problem yarada bilər. Möhtərəm cənab Prezident! Xahiş edirik, Azərbaycanın tarixçi alimi Dilavər Əzimlinin səhhətinin normala qayıtması və “COVİD 19” xəstəliyindən müalicə olunması üçün səlahiyyətli dövlət qurumlarına müvafiq göstəriş verəsiniz. Hörmətlə:

İqbal Ağazadə, Ümid Partiyasının sədri

Sabir Rüstəmxanlı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

Pənah Hüseyn, Xalq Partiyasının sədri

Sərdar Cəlaloğlu, Azərbaycan Demokrat Partiyasının sədri

Fazil Mustafa, Böyük Quruluş Partiyasının sədri, millət vəkili

Zahir Əlisoy, Bütöv Azərbaycan Ocaqlarının başqanı

Paşa Həsənli, Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurasının sədri

Qələndər Muxtarlı, Millətçi Demokrat Partiyasının sədri

Zaur Qəriboğlu, jurnalist

Əliməmməd Nuriyev “Konstitusiya” Araşdırmalar Mərkəzinin sədri

Tural Abbaslı, Ağ Partiyanın sədri

Əvəz Zeynallı, jurnalist

Qafar Çaxmaxlı, Jurnalist, Ərciyəz Universitetinin professoru

Əli Mustafa, Demoratik Dəyişim Platformasının sədri

Qulamhüseyn Əlibəyli, Aydınlar Partiyasının sədri

Qorxmaz İbrahimli, Aydınlar partiyası sədrinin müavini

Azər Rəşidoğlu, politoloq,

Alı Balayev, tarix üzrə fəlsəfə doktoru, dosent, BAO başqanının siyasi məsələlər üzrə müavini

Eldəniz Abbaslı, pedaqogika üzrə fəlsəfə doktoru

Mübariz Ağalarlı, AMEA Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru, dosent

Bəxtiyar Həsənov AMEA Tarix İnstitutunun böyük elmi işçisi

Məhəmməd Cəbrayılov, AMEA Tarix İnstitutunun böyük elmi işçisi

Şahlar Şərifov, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi

Araz İftixari, AMEA Tarix İnstitutunun böyük elmi işçisi

Ləman Ələşrəfqızı, Əməkdar jurnalist

Məhəmməd Əsədullazadə, Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq

Əziz Mustafa, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three + thirteen =