Hava limanında yoxa çıxmış fəhlə təyyarənin yük yerindən tapıldı

0
312

Portuqaliyanın paytaxtı Lissabon şəhərinin hava limanında qəribə hadisə baş verib.

Lissabondan Anqolanın paytaxtı Luanda şəhərinə yola düşmüş “Angola Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan sonra məlum olub ki, sərnişinlərin baqajını təyyarəyə yükləyən fəhlələrdən biri yoxa çıxıb.

Bu barədə təyyarənin ekipajına dərhal məlumat verilib və qərara alınıb ki, hava gəmisi yola düşdüyü hava limanına geri qayıtsın. Təxminən bir saatdan sonra təyyarə Lissabonda yerə enib.

Yoxa çıxmış fəhlə təyyarənin yük yerində tapılıb. Məlum olub ki, o, işini bitirməyə imkan tapmamış təyyarə havaya qalxıb. Fəhlə havada olarkən onun bədəninin bəzi hissələrini don vurub. Həkimlərin bildirdiyinə görə, kişinin həyatı üçün təhlükə yoxdur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two + twenty =