Hər il dünyada 3 milyon adam spirtli içkinin qurbanı olur

0
490

Həddindən artıq spirtli içki qəbul edilməsi nəticəsində hər il 3 milyon adam dünyasını dəyişir.

Arazinfo.com-un Mediainfo.az-a istinadən verdiyi məlumata görə bu barədə Beynəlxalq Səhiyə Təşkilatının orqanı olan MedicalXpressin yaydığı press-relizdə deyilir. Qeyd edilir ki, spirtli içkidən ölənlərin sayı VİÇ, yol qəzaları və zorakılıqlardan ölənlərin sayından daha çoxdur. Dünyada hər gün baş verən 20 ölüm hadisəsindən biri spirtli içki nəticəsində dünyasını dəyişənlərin payına düşür.  Belə ki, spirtli içkinin həddindən artıq qəbul edilməsi qaraciyər sirrozuna, xərkəncə, vərəmə, ürək-damar xəstəliklərinə gətirib çıxarır. Bu da sonda ölümə yol açır. Məlumatda o da bildirilir ki, həddindən artıq spirtli içki qəbul edilməsi nəticəsində ölən hər 4 nəfərdən 3-ü kişilərdir. Bundan əlavə sərxoşluqdan ölənlərin 13,5 faizi 20-29 yaşında olan gənclərin payına düşür. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına əsasən həmçinin dünyada 237 milyon kişi və 46 milyon qadın sərxoşluqdan əziyyət çəkir.

 

BIR CAVAB BURAXIN