“Hələ heç nə udmamışıq” – Zidan

0
784

“Çox böyük komandanı mübarizədən kənarlaşdırdıq. “Yuventus” və PSJ də belə klublar idi. Xoşbəxtik, çünki çətin olmasına baxmayaraq, üç böyük komanda ilə mübarizədən qalib ayrıldıq”.

Bunu “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinalında “Bavariya” ilə cavab oyunundan (2:2) sonra deyib.

Fransalı mütəxəssis bildirib ki, rəqib təzyiq göstərdiyi onlara problem yaşadıb: “Çox çətin oyun oldu. Çempionlar Liqasında çətinlik çəkmədən finalına çıxmaq mümkünsüzdür. Amma hələ heç nə udmamışıq. Sadəcə finala çıxmışıq. Çempionlar Liqasının finalında ardıcıl üçüncü dəfə oynamaq qeyri-adidir. Titulumuzu qorumaq üçün bu dəfə də qalib olmalıyıq”.

O, yarımfinalın digər görüşü olan “Roma” – “Liverpul” matçı haqda da danışıb: “Roma”nın hələ də şansı var.  Futbolda hər şey ola bilər”.

Qeyd edək ki, “Real” iki oyunun nəticəsinə (2:1. 2:2) əsasən finala çıxıb. Qol.az

BIR CAVAB BURAXIN