Gürcüstanın NATO-ya üzv olması Moskva üçün ciddi hərbi və iqtisadi problemə çevriləcək.
Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında Xarici işlər nazirliyinin Umumavropa əməkdaşlığı departamentinin direktoru Andrey Kelin deyib. Onun sözlərinə görə bu baş verəcəyi təqdirdə Rusiya Soçi ətrafında güclü müdafiə zolağı qurmalı olacaq. Bununun üçünsə böyük həcmdə maliyyə vəsaiti lazım gələcək.
Xatırladaq ki, Kiyev və Tbilisi uzun müddətdir NATO-ya üzv olmaq istəyirlər. NATO-dan isə bildirirlər ki, quruma üzv olmaq üçün Ukrayna və Gürcüstan blokun standartlarına uyğun olma prosesini tam şəkildə başa çatdırmalıdırlar.