Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

0
468

Bu ilin oktyabr ayının28-də Gürcüstanda keçiriləcək prezident seçkilərində 25 namizəd iştirak edəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Ria Novosti agentliyi məlumat yayıb. Məsələ ilə əlaqədar Gürcüstan Mərkəzi Seçki Komissiyasının bildirdiyinə görə, prezidentliyə namizədliyini verən 46 nəfərdən 25-i qeydə alınıb, 41 nəfərə isə rədd cavabı verilib. Prezidentliyə namizədliyi qeydə alınan 25 nəfərdən 19-u siyasi partiyaları təmsil edir. 6 nəfər isə təşəbbüs qrupları tərəfindən prezidentliyə namizəd kimi irəli sürülüb. Onu da qeyd edək ki, Gürcüstan prezidentliyə namizədlərin sayının çoxluğuna görə nəinki bölgədə, həm də dünyada yeni rekorda imza atmaq ərəfəsindədir…

 

 

BIR CAVAB BURAXIN