Gürcüstanda NATO-Georgia2019 hərbi təlimləri keçirilir

0
525

Bu gün Gürcüstanda  NATO-Georgia2019 çoxmillətli komanda-qərargah hərbi təlimləri başlayıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, komanda-qərargah hərbi təlimlərində NATO üzvü olan 24 ölkədən 350 hərbi qulluqçu iştirak edir. Bu Gürcüstan tarixində NATO səviyyəsində keçirilən ikinci belə bir hərbi təlimlərdir.  Belə ki, ilk belə çoxmillətli komanda-qərargah hərbi təlimləri Gürcüstanda 2016-cı ildə keçirilmişdi. O vaxt belə hərbi təlimlərdə NATO üzvü olan 14 ölkə iştirak etmişdi. Hərbi təlimlərdən məqsəd Gürcüstanla NATO arasında qarşılıqlı hərbi əlaqələrin daha da artırılmasıdır. Martın 25-də hərbi təlimləri NATO Baş katibi Yens Stoltenberq də izləyəcək. Hərbi təlimlər mart ayının 29-da başa çatacaq