Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinə aid yeni kitab…

0
176

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, eləcə də Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabın 3-cü cildi “Elm və təhsil” Nəşriyyatı poliqrafiya müəssisəsində işıq üzü görüb.

Arazinfo.com-a BAO İnformasiya Xidmətindən verilən məlumata görə, kitabın elmi redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov, rəyçiləri isə fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Tağıyev və fəlsəfə üzrə fəlsəfə doktoru dosent, Qabaqcıl Maarif Xadimi Müstəqil Ağayevdir.

“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabın 3-cü cildində XX əsr Güney Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir: 1) Milli-demokratik və siyasi-fəlsəfi ideyaların sintezi (Ş.M.Xiyabani, S.C.Pişəvəri, Məhəmməd Biriya, Firudin İbrahimi, Tağı Ərani, Tağıxan Rüfət, Əlirza Nabdil və başqaları); 2) Milli maarifçilik və ictimai-fəlsəfi ideyalar (M.Ə.Şəbüstəri, M. Tərbiyət, M.Şəhriyar, Səhənd, H.Billuri, Həbib Sahir, Həmid Nitqi, Əli Təbrizli, M.Zehtabi, Cavad Heyət və başqaları); 3) İslam fəlsəfəsi və islamçılıq (Əbülqasim əl-Xoyi, M.Təbatəbai, M. Şəriətmədari, M.Cəfəri, Cəfər Sübhani və başqaları). Kitab Azərbaycan Türk fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə maraqlananlar, eləcə də Azərbaycan Türk fəlsəfəsinin ÜmumTürk fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulub.

Arazinfo.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty − 16 =