Gültəkin Hacıbəylinin “Lexus” və “Toyota”sına həbs qoyuldu

0
552

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin və keçmiş qaynanası Nəhayət Məmmədovanın arasında pul və mülk davası barədə Musavat.com-a məlumat daxil olub.

B
Gültəkin Hacıbəyli hələ ərdə olan zaman qayınanasından evini təmir etdirmək, evinə mebel almaq üçün 50 min dollar borc alıb.

Qeyd olunur ki, söhbət Səməd Vurğun küçəsi, 92A ünvanında yerləşən 12 saylı mənzildən gedir: “Həmin mənzili 2003-cü ildə Gültəkin Hacıbəyliyə Bakı şəhər İcra Hakimiyyəti hədiyə edib. Sonradan qayınana pulunu tələb etsə də, Gültəkin Hacıbəyli verilən borcu geri qaytarmayıb. Buna görə də qaynanası məhkəməyə müraciət edib.

Məhkəmə Nəhayət Məmmədovanın vəsatəti əsasında Gültəkin Hacıbəyliyə məxsus 10VU 003 dövlət nömrə nişanlı “Lexus” LX 570 və 10 KV 003 nömrə nişanlı “Toyota” Avalon markalı iki bahalı avtomobilə həbs qoyub.