ABŞ-ın İllinoys ştatı güclü qasırğanın hücumuna məruz qalıb.
Arazinfo.com-un CBS-yə istinadən verdiyi məlumata görə, güclü qasırğa İllinoys ştatında 100 evi dağıdıb, 20 nəfər təbii fəlakət nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təbii fəlakətdən ən çox zərər çəkən İllinoys ştatının mərkəzində yerləşən Teylorvil lşəhəri olub. Şəhərdə icitimai və yaşayış binalarının əksəriyyəti dağılıb. Təbii fəlakətlə bağlı məktəblər bağlanıb, ictimai nəqliyyat işləmir, əhaliyə su və elektrik verilməsi demək olar tam şəkildə dayandırılıb. İlkin hesablamalara görə, təbii fəlakət nəticəsində İllinoys ştatına 12-15 milyard dollar zərər dəyib. Hazırda təbii fəlakətin aradan qaldırılması üçün müvafiq işlər həyata keçirilir.