Gözəl Bayramlı ‘Bandotdel’ə çağırılıb

0
602

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlını polisə çağırıblar.

G. Bayramlının bildirdiyinə görə, telefonla ondan oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (Bandotdel) olması istənilib.

Sədr müavinini adıçəkilən idarənin istintaq şöbəsinin rəisi dəvət edib. Ancaq onun polisə çağırılmasının səbəbi izah edilməyib.

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev də oktyabrın 14-də Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Arif Hacılı da polisə çağrılıb

Müsavat Partiyasının başqanı Arif Hacılı da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb.

Bu haqda partiyanın mətbuat xidməti xəbər verir.

“Arif Hacılı onları Müsavat Partiyasının qərargahına dəvət etsə də, razılaşmayıblar, idarəyə gəlməsinin vacib olduğunu qeyd ediblər”, mətbuat xidməti bildirir.

A. Hacılı oktyabrın 14-də saat 14:00-da idarəyə gedəcək. Çağırışın səbəbi haqda bilgi verilmir.

Buna da bax: Arif Hacılı: ‘Azərbaycanı siyasi böhran gözləyir’

Oktyabrın 13-də Milli Şuranın Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Gözəl Bayramlı da DİN-ə dəvət edilib.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi, keçmiş məhbus Oqtay Gülaliyev və AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb. Bu barədə O. Gülalıyev məlumat yayıb. Ona da çağırılmanın səbəbi barədə informasiya verilməyib. Oqtay Gülaliyev 10-30-a, Nurəddin Məmmədli isə 12-00-a çağrılıblar…

BIR CAVAB BURAXIN