Göydələndən düşən daş evi dağıtdı

0
587

Xırdalan şəhəri, Əzizbəyov küçəsi 19 ünvanında yerləşən hündürmərtəbəli binalardan birində inanılmaz hadisə baş verib.

 

Axar.az bu barədə zərərçəkən Yaşar YusifovMillətinsəsi.az-a danışıb. Onun sözlərinə görə, qonşuluqda inşa edilən göydələndən düşən daş parçası evin damını, sonra isə tavanı parçalayaraq qonaq otağına düşüb.

 

Xoşbəxtlikdən hadisə zamanı evdə heç kim olmayıb, lakin evə ciddi ziyan dəyib.

 

Y.Yusifov dəymiş ziyanın ödənilməsi və bir də belə bir halın təkrarlanmaması üçün tikinti rəhbərliyinə üz tutub. Lakin binanın mühafizəçisi nəinki onu içəri buraxıb, heç rəhbərliyin adını belə deməyib.

 

Araşdırmalar zamanı binanın Kəpəz-M MMC tərəfindən inşa edildiyi məlum olub.

BIR CAVAB BURAXIN