Yaponiyada “ağıllı” geyimlərin istehsalına başlanacaq.
Bu geyimlər bir qrup alim tərəfindən hazırlanan elastik, suya davamlı, həssas sensorla təmin edilmiş panellərdən hazırlanacaq.
Publika.az xəbər verir ki, “ağıllı” geyim görünüşünə görə ilk baxışdan sıradan geyimlərdən fərqlənməyəcək. Səthi aktiv polimerlərlə örtülən (NBICS-texnologiyalar) panellər üzərində uzun illərdir araşdırmalar gedir. Nəhayət müxtəlif ölkələrdən olan mütəxəssislər günəş enerjisi ilə çalışacaq “ağıllı” geyim layihəsinə start verib.
Trikotaj, toxunma materiallara nisbətən nanatexnologiyaların sintetikliyi çox olan materiallara yüklənməsi daha effektiv nəticə verir. Onlarda istifadə olunan parçaların 30-40%-i çox kiçik həcmli texnologiyalardan ibarətdir.
“Ağıllı” geyimlərdə sağlamlıq monitoru, klaviatura, sensor, yaddaş, informasiya bazası və s. olacaq. Geyimlər sahibinin emosiyalarına uyğun şəkildə hərəkətə keçəcək.
Qeyri-adi xüsusiyyətləri ilə seçiləcək geyimlər tipik və intellek imkanlarına görə 3 növə bölünəcək:
1. passiv “ağıllı” material – yalnız hiss edən;
2. aktiv “ağıllı” material – hiss edir və reaksiya verən;
3. çox “ağıllı” material – hiss edir, reaksiya verir və uyğunluqda xarici dəyişikliklərlə uyğunlaşır (məsələn, proqram üzrə sahibinə ilkin tibbi yardım, tövsiyə verə bilmə funksiyasına malik olan)
Artıq geyimlərin istehsalına xərclənəcək məbləğ təyin edilib. Müvafiq olaraq birinci istehsal 1,13 milyard dollar həcmində satışa çıxarılacaq.