General Səfəvi: “ABŞ bizi gücləndirdi”

0
335

İranın Ali dini lideri Xameneinin hərbi məsləhətçisi general Səfəvi ABŞ-ın Əfqanıstan və İraq işğalının bölgədə İranı gücləndirərək nüfuzunu artırdığını deyib.
Avropa.info xəbər verir ki, İranda bir televiziya proqramına qatılan Səfəvi Suriyadakı vətəndaş müharibəsi, Yaxın Şərqdəki güc mübarizələrindən danışıb.
“Tehran Tayms”ın xəbərinə görə, çıxışında İraq və Əfqanıstan işğalının İranı gücləndirdiyini qeyd edən Səfəvi siyasətdə əhəmiyyətli güclərin öz maraqlarının olduğunu və beynəlxalq münasibətlərdə etimadın olmadığını söyləyib.
Yəhya Rəhim Səfəvi xarici siyasəti idarə edən siyasətçilərə də xəbərdarlıq edərək, İranın beynəlxalq arenada maraqlarının və paylarının olduğunu deyib.
“Kimsə bunu qulaqardına vura bilməz”, – deyə Səfəvi bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × 5 =