General-mayor Fikrət Qədiməliyev istintaqa bütün sirləri açır

0
1280

Dövlət Gömrük Komitəsinin (DGK) rəhbər vəzifəli şəxslərinin də olduğu “dərman mafiyası” ilə bağlı araşdırmalar davam edir. İşin içində ən müxtəlif təbəqələri əhatə edən şəxslər var. “Dərman mafiya”sına bu və ya başqa şəkildə bağlılığı olan vəzifə sahiblərinin adları siyahılaşdırılır.

Belə xəbərlər var ki, məsələ ən yüksək səviyyədə nəzarətə götürülüb. Bu isə o deməkdir ki, bir çox vəzifə sahiblərinin,  səlahiyyətli şəxsin “başı” gedəcək. Ən son məlumata görə, DGK-in Tibbi Xidmət İdarəsinin rəisi,  gömrük xidməti general-mayoru Fikrət Qədiməliyev istintaqla əməkdaşlığa razılıq verib. O, kiminlə işləyiblərsə, hər kəsin adını çəkəcəyini söyləyib. General-mayor bunun əvəzində şəxsi toxunulmazlıq və şərti cəza istəyir. Fikrət Qədiməliyevə mayın 8-də ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. Mətbuatda ölkəyə qanunsuz yolla dərman vasitələrinin gətirilməsinə və dərman qaçaqmalçılığına görə keçmiş DGK sədri Aydın Əliyevin həbs ediləcəyi haqda xəbərlər yayılıb.

DTX əməliyyat ile ilgili görsel sonucu

Yada salaq ki, sabiq DGK sədri Aydın Əliyev ölkəyə qanunsuz dərman vasitələrinin gətirilməsindən bixəbər olması anlamı verən açıqlama ilə çıxış edib. Halbuki “dərman mafiya”sının DGK-ya “ayaq açdığı” zaman kəsiyi onun komitəyə rəhbərlik edən dövrə təsadüf edib. Aydın Əliyev “burnunun ucu”nda  baş verən böyük qaçaqmalçılıq cinayətindən xəbərsiz olubsa, bu halda  onun sədr kimi səriştəsizliyi ortaya çıxır. Adam ölkəyə gətirilən, ölkədən aparılan mallara nəzarət etməli postun birinci qərarverən şəxsi olub. Sadə azərbaycanlı gömrükdən 5 kilo banan keçirə bilmədiyi bir vaxtda, ölkəyə tonlarla, özü də ölkə ərazisində dövriyyəsi qadağan olunan, saxta dərmanlar keçirilib, işdə Aydın Əliyevin ən yaxın əhatəsi də var. Aydın Əliyev də çıxır deyir ki, mənim günahım yoxdur.

Dövlət Təhlükəsizlik Xidmətinin ifşa etdiyi “dərman mafiyası” ilə işbirliyində təkcə Aydın Əliyevin adı hallanmır. İşin içində deputat da, məmur da var.

Ä°lgili resim

İstintaqa cəlb olunanlar isə hələlik aşağı təbəqədir.

Xidmət əməkdaşlarının bu il aprelin 30-da keçirdikləri əməliyyat zamanı  səhiyyə sisteminin ayrılmaz qolu olan əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektlərinin daha çox gəlir əldə etmək üçün qeyri-leqal fəaliyyətlə məşğul olmaları üzə çıxıb. Belə fəaliyyət vergidən yayınmaqla yanaşı əhalinin sağlamlığına ciddi təhlükə yaradır. Keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub. Əməliyyat-istintaq tədbirləri nəticəsində Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməyən, mənşəyi naməlum 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426″, ”Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

DGK-in general-mayoru Fikrət Qədiməliyev ile ilgili görsel sonucu

Hazırda qeyd olunan apteklərin sahibləri, işçiləri, apteklərlə şərikli işləyən xəstəxanaların baş həkimləri, şöbə müdirləri də soğru-sual edilir. Rəsmi məlumatdan da məlum olduğu kimi, “dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən aprelin 30-dək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin  25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

Belə şəxslərdən biri də “Elit” adı ilə Bakının bir neçə rayonunda fəaliyyət göstərən  apteklər şəbəkəsinin sahibi olub. “Elit” aptek şəbəkələri 1993-cü ildən fəaliyyət göstərir.

həbs ile ilgili görsel sonucu

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, ifşa olunan “dərman mafiya”sının ölkəyə qaçaq yolla psixotrop maddələr daşıması da istintaq olunur. Belə məlumatlar var ki,  Bakının apteklərində illərdir ki, reseptsiz, piştaxta altından satılan psixotrop maddələr məhz “dərman mafiya”sının ölkəyə gizli-aşkar yollarla daşıdığı dərman preparatlarının böyük bir hissəsini təşkil edib.  Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ötən 15 gün ərzində üzə çıxanlar isə onu deməyə əsas verir ki, “dərman mafiyası”na qarşı ciddi tədbirlər davam edir.

Azərbaycanda korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində gömrük orqanlarının 10 əməkdaşının fəaliyyəti ilə bağlı sənədlər prokurorluq orqanlarına göndərilib.

“Trend” xəbər verir ki, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov “Gömrük orqanlarının işində şəffaflıq və hesabatlılıq” mövzusunda ictimai müzakirələr zamanı deyib. Onun sözlərinə görə, daha yeddi əməkdaşın fəaliyyəti ilə bağlı sənədlər DGK-nin istintaq idarəsinə yönəldilib: “İntizam məsuliyyətinə peşəkar öhdəliklərinin icrası zamanı pozuntulara yol vermiş 209 gömrük əməkdaşı cəlb olunub. Onlardan 10 nəfəri gömrük orqanlarından uzaqlaşdırılıb, iki nəfər tutduğu vəzifədən azad edilib. Bir əməkdaşın vəzifəsi, beş nəfərin rütbəsi azaldılıb. Gömrük orqanlarının 47 əməkdaşına xəbərdarlıq və şiddətli töhmət verilib, 114 nəfər töhmət alıb, 30 nəfərə xəbərdarlıq edilib”.  “Yeni Müsavat”

BIR CAVAB BURAXIN