Gərgin seçki mübarizəsi: Türkiyəni təhlükə gözləyir?

0
388

Türkiyədə 24 iyunda keçiriləcək növbədənkənar prezident və parlament seçki mübarizəsinin gərgin keçəcəyi indidən aydın görünür.

Bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Türkiyədə bəzi partiyalar erkən seçkiləri narazılıqla qarşılasa da, seçkilərə qızğın hazırlıq gedir:

“Türkiyədə ilk dəfədir ki, prezident ümumxalq səsverməsi ilə seçiləcək. Prezident seçkiləri ilə yanaşı, parlament seçkiləri də keçiriləcək. Artıq seçkilər ərəfəsində müxtəlif partiyalar arasında qruplaşmalar yaranıb. AKP MHP ilə “Cümhur Birliyi” yaradıb. Bu ittifaqın namizədi isə Rəcəb Tayyib Ərdoğan olacaq. CHP-nin başçılıq etdiyi Səadət, İYİ və Demokrat partiyalarından ibarət ittifaqın namizədi isə hələ müəyyənləşməyib, onlar daha çox parlament seçkisində birgə hərəkət edəcəklər. Ümumiyyətlə, yeni yaranmış bu demokratik ittifaq düzgün təəssürat bağışlayır. O üzdən Türkiyədə 24 iyunda keçiriləcək növbədənkənar prezident və parlament seçki mübarizəsinin gərgin keçəcəyi indidən aydın görünür”.

Politoloq bu arada Qərbin türk müxaliflərlə yaxınlaşması ilə bağlı səslənən iddialara da münasibət bildirib:

“Düzdür, Cümhur Birliyinə Qərb ölkələri soyuq münasibət bəsləyir, ancaq onların bu zəmində müxaliflərə yardım edəcəyi, yaxud da onlarla əlaqə quracağı haqqında qəti fikir söyləmək çətindir. Türkiyədə siyasi şüur kifayət qədər yüksəkdir, inanmıram ki, türk xalqı ölkənin daxili işlərinə hər hansı bir müdaxiləni qəbul etsin və yaxud da bu zəmində Qərb dövlətləri ilə iş birliyinə gedən partiyalara səs versin. Ona görə də Türkiyədə seçkilərin sakit həyata keçəcəyi qənaətindəyəm və hazırda qardaş ölkəyə hər hansı xarici təhlükənin olduğunu da düşünmürəm”.

Qeyd edək ki, Türkiyədə 24 iyunda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 − two =