“Gəncliyə Dəstək” İB-i “Zəfərə aparan vətənpərvərlik” layihəsinin icrasına başlamışdır

0
920

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Zəfərə aparan vətənpərvərlik” layihəsinin icrasına başlamışdır. Layihə 3 ay olmaqla Zərdab rayonunda həyata keçiriləcək.

Qələbənin təbliği,gənclər arasında vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onlarda qələbə tarixinin unudulmazlığının təmin olunması, gənclərə zəfərə aparan vətənpərvərliyi çatdırmaqdır.

Vətənpərvərlik – vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Məqsədimiz Gənclər arasında bu ideologiyanın təbliğidir.

 

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli