“Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı” onlayn keçiriləcək

0
580

5 iyun 2020-ci il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı” onlayn keçiriləcək. 

Arazinfo.com-un verdiyi xəbərə görə, konfransın keçirilməsində məqsəd dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri, təcrübələri paylaşmaq, ortaq problemləri təhlil etmək və onların həll yolları üçün təkliflər irəli sürmək, həmçinin gənclərin elmə olan marağını artırmaqdır.

Konfransın proqramına http://yric.az/ veb saytından baxmaq mümkündür. Konfransa qoşulmaq üçün proqramda göstərilən Zoom ID və şifrəni daxil etmək lazımdır.

Qeyd edək ki, Bakı Mühəndislik Universitetində (BMU) hər il ənənəvi olaraq təşkil olunan konfransın elmi istiqaməti mühəndislik, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, tarix və sosiologiya elmləridir. Konfransın proqramına isə 10 ölkədən 400-ə yaxın məqalə qəbul edilib.

Xatırladaq ki, konfransın 27 aprel 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulmuşdu. Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq 5 iyun 2020-ci il tarixinə keçirilib. 

Arazinfo.com