Ev Gündəm Gəlin bəyin qolunu qandallayıb nikah masasına oturtdu

Gəlin bəyin qolunu qandallayıb nikah masasına oturtdu

0
636
Gəlin bəyin qolunu qandallayıb nikah masasına oturtdu - fotolar
Türkiyənin Konya şəhərində maraqlı hadisə baş verib.

Axşam.az-ın “Haberler.com”a istinadən məlumatına görə, polis idarəsində işləyən Öznur Ün həmkarı Muhammet Yıldız ilə ailə qurub.

Maraqlısı budur ki, toy günü Öznur Muhammetin qoluna qandal vuraraq cinayətkar tutmuş kimi onu nikah masasına gətirib. Muhammetin qolundakı qandalı nikah kəsən hakim açıb və gəlinlə bəyin “Hə” cavabından sonra onları ər-arvad elan edib.

Ünün və Yıldızın nikah qabağı tamaşası qonaqlar tərəfindən bəyənilib və alqışlarla qarşılanıb.

BIR CAVAB BURAXIN