Gələn il Fələstin BMT-nin daimi üzvü olmaq niyyətindədir

0
537

2019-cu ilin ilk ayında Fələstin BMT-yə tamhüquqlu üzv olmaq üçün müraciət edəcək.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Fələstinin səsi” radiostansiyasının efirindəki çıxışında

Fələstin Xarici işlər nazırı Riyad əl-Maliki deyib: “Prezident Mahmud Abbasın tapşırığı əsasında gələn ilin yanvar ayının ortalarında Nyu-Yorka səfərim zamanı Fələstinin BMT-yə tamhüquqlu üzv olması üçün ərizə verəcəyəm”.

Xatırladaq ki,hələ 2017-ci ilin dekabr ayında İslam Əməkdaşlığı Təşkilatının İstanbulda keçirilən konfransında Mahmud Abbas bildirmişdi ki, Fələstinin BMT-yə tamhüquqlu üzvü olması üçün müvafiq müraciət ediləcək. Fələstin hazırda BMT-dəmüşahidəşi statusuna malikdir.