Arazinfo.com olke.az-a istinadən xəbər verir ki, ilk iPhone təqdimatından bəri 11 il ərzində smartfonların sürətlə inkişaf etdiyini görürük.
Bu gün mobil telefon üzərində olan NFC texnologiyası ilə ödəniş edə bilirik.
Samsung galaxy S9 telefonlarında olan sensorlar vasitəsilə təzyiq ölçmək də mümküdür.
Huawei 2 kameral P20 Pro modelində 40 meqapiksel fotolar çəkə bilən sensorlardan istifadə edir.
Apple iPhone X-in ön tərəfinə yerləşdirilən sensorlar vasitəsiə insan üzünün 3D xəritəsi çəkilir.
Bir neçə ilə 5G texnolgiyası sayəsində 1Gbps sürətlə internetə daxil olacağıq və bu zaman heç bir gecikmə baş verməyəcək.
11 ildə gəldiyimiz yol budur. Bəs qarşıdakı 10-15 il ərzində mobil dünyada nələr baş verəcək?
Qatlanan ekranlar
Ekran böyüklüyü məsələsində demək olar ki, son həddəyik. Bir il içərisində ekrandan barmaq izi oxuma da adi bir şey olacaq. Bu günün telefonları tezliklə sadəcə ekrandan ibarət olan dizayna çevriləcək. Ondan sonrakı addım isə qatlanan ekranlar olacaq. LG artıq tezliklə qatlanan OLED ekranlı televizorları ictimaiyyətə təqdim etməyə hazırlaşır.
Bununla kifayətləniləcəkmi? Təbii ki, yox!
Hazırda geyinilə bilən texnologiyanın ən böyük təmsilçisi ağıllı saatlardır. Günümüzdə Google və digər bir çox şirkətlərin ağıllı gözlük sınaqları mövcuddur. Bunlardan ən böyük addımı Microsoft atdı. Gəəcəyin açarı HoloLens-də gizli ola bilər.
Birçə eynəklə telefon, tablet, noutbuk və digər bu kimi elektronik əşyalara sahib olmaq mümkün olacaq.
Dostunuza zəng etmək istəyirsiniz? Əlinizə baxmağınızla eyni anda böyük ekranlı bir telefon görəcəksiniz.
Dostunuzun adını seçmək üçün əlinizə ehtiyac olmayacaq. Göz hərəkətlərini izləyən ağıllı sistem vasitəsilə hər şeyi baxaraq həll edəcəksiniz.
Bu son olacamı? Əlbəttə ki, yox!
Bir sonrakı addımda bütün texnologiyaların bir linza səviyyəsinə endiyini görəcəksiniz.
Ağıllı linzalarla ürəyimiz istəyən hər şeyi görə biləcəyik. Hazırda Sony, Samsung və Google şirkətlərinin ağıllı linzalar üçün aldığı patentlər mövcuddur.
Artıq ilk prototiplər bağlı qapılar arxasında sınanmağa başlanılıb. Aparılan araşdırmalar müsbət nəticə versə həmin linzalar göz suyumuz vasitəsilə enerji yığacaq.
Bu arada, suni intellektin də inkişafı ilə bəlkə də tezliklə ən yaxın dostumuz dijital asistentimiz olacaq. Bütün sirlərimizi biləcək, bizim üçün ən yaxşı şeyi bizdən yaxşı biləcəklər.
Bəs sonra?
Gözdən sonra əsas meyar beyinlərimiz olacaq. Daimi olaraq internetə bağlı, bir məlumat lazım olduqda data bazasından endirən və özünü təkmilləşdirən bir formaya düşəcək beyinlər bəlkə də Matriksin qapılarını aralamağımıza kömək edəcək. Bununla Marsa fiziki olaraq getmədən də, bir göz qırpımında yalnız vizual deyil, həm də hiss və duyğularımızla hiss edə biləcəyik.